12px13px15px17px
Tarix:11/12/15

Dünyada «LTE» abunəçilərinin sayı 1 milyarda yaxınlaşıb

Beynəlxalq Mobil Avadanlıq İstehsalçıları Assosiasiyasının («GSA», «Global mobile Suppliers Association» ) məlumatına görə, 2015-ci ilin üçüncü rübündə dünyada «LTE» istifadəçilərinin sayı 152 milyon artaraq 908,5 milyona yaxınlaşıb.
 
«ICTnews» elektron xəbər xidməti «comnews.ru» saytına istinadən xəbər verir ki, bu o deməkdir ki, indi hər səkkizinci mobil rabitə abunəçisi sözügedən texnologiyadan istifadə edir.
 
Bütün «LTE» qoşulmaların 53.3 faizi Asiya-Sakit okean regionunun payına düşür, yalnız Çində 302 milyon istifadəçi dördüncü nəsil rabitə texnologiyasından istifadə edir. «LTE»-nin yayılmasına görə ikinci region Şimali Amerikadır. Ümumi qoşulmaların 24.1 faizi bu regionun payına düşür.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024