12px13px15px17px
Tarix:11/12/15

MSN-in elektron xidmətinin inzibati reqlamentində hansı dəyişikliklər edilib?

Müdafiə Sənayesi Nazirliyi “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişiklərə əsasən, elektron xidmətin inzibati reqlamentinin adında “üzrə” sözü (ikinci halda) “haqqında” sözü ilə əvəz olunub.
 
Bununla yanaşı, inzibati reqlamentin 3-cü bəndinin “Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 10.06.1997-ci il tarixli, 314-IQ nömrəli Qanununun 7-ci maddəsi;” məzmunlu 1-ci abzası “Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun 7-ci maddəsi;” redaksiyasında verilib.
 
İnzibati reqlamentin 3.4.1-ci və 3.5.2-ci yarımbəndlərindəki “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib.
 
Həmçinin 2.4-cü bəndindəki http://www.e-gov.az linki https://www.e-gov.az/az/services/read/2892/0 linkinə, http://www.mdi.gov.az/?/az/exportapp/ linki http://mdi.gov.az/?/az/content/834/ linkinə, 2.5-ci bəndindəki http://www.mdi.gov.az/?/az linki isə http://mdi.gov.az/?/az/content/834/ linkinə dəyişdirilib.
 
CAHANGİR



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024