12px13px15px17px
Tarix:19/09/11

“Google” şirkəti “Chrome 14” səyyahının final versiyasını çıxarıb

“Google” şirkəti “Chrome” səyyahının 14-cü versiyasını çıxarıb. 32 boşluq aradan qaldırılıb və boşluqlar haqqında xəbər verən müstəqil mütəxəssislərə 14000 dollardan bir qədər çox maliyyə vəsaiti ödəyib.

Şirkətdən bildirilib ki, “Chrome 14” səyyahına proqramçılar üçün nəzərdə tutulmuş bir neçə genişlənmə əlavə edilib. Səyyah, həmçinin “Mac OS X 1.7” əməliyyat sistemində işləyir, tam ekran rejimi dəstəklənir.

Məlumat üçün qeyd edək ki, səyyahın əvvəlki sabit versiyası avqust ayının əvvəlində çıxıb. Şirkət səyyahın yeni versiyalarını bir ayyarımdan bir çıxarmağa söz verib.

Aradan qaldırılmış 32 boşluqdan 15-i şirkət tərəfindən "yüksək təhlükəli" , 10-u "orta təhlükəli" kimi və 7-si "aşağı təhlükəli" kimi xarakterizə edilib.

Sistem və ya istifadəçi məlumatları üçün problem yaradan olduqca təhlükəli boşluqlar son relizdə aradan qaldırılmayıb. Son 5 ay ərzində “Google” şirkəti “Chrome” səyyahında cəmi 4 olduqca təhlükəli boşluq aradan qaldırıb.

“Google” şirkəti mükafat kimi Rusiya mütəxəssisi Serqey Qlazunova verilən 2337 dollar və “Miaubiz” kimi tanınan proqramçıya verilən 3500 dollar daxil olmaqla, müstəqil mütəxəssislərə ümumilikdə 14 337 dollar vəasit ödənilib.



Baxış sayı: 1634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024