12px13px15px17px
Tarix:14/12/15

2015-ci ildə «Microsoft» rekord sayda təhlükəsizlik bülleteni dərc edib

2015-ci ildə 135 təhlükəsizlik bülleteni buraxılıb ki, bu da «Microsoft» korporasiyası üçün rekord göstəricidir. Bu, «Windows 10» əməliyyat sisteminin çıxarılması ilə izah edilir.
 
«ICTnews» elektron xəbər xidməti «ubr.ua» resursuna istinadən yazır ki, əməliyyat sistemi ilə eyni vaxtda sistemə öncədən qurulmuş proqramlar, həmçinin yeni «Edge» brauzeri, köhnə «Internet Explorer» brauzeri və başqa komponentlər yenilənib. Analitik Volfqanq Kandekin fikrincə, rekord sayda təhlükəsizlik bülleteninin çıxarılması o demək deyil ki, cari ildə «Microsoft»un məhsullarında çox boşluq qeydə alınıb.
 
Müqayisə üçün, 2014-cü ildə 85, 2013-cü ildə isə 106 təhlükəsizlik bülleteni çıxarılıb. Ötən il ən çox «Internet Explorer» brauzeri üçün yeniləmə buraxılıb. 2016-cı ilin yanvarında «Internet Explorer» brauzerinin 11-ci versiyası istisna olmaqla digərlərinin dəstəyi dayandırılacaq, buna görə gələn il daha az yeniləmə buraxıla bilər.

Emil Hüseynov




Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024