12px13px15px17px
Tarix:14/12/15

İş yerinə dair kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesi sürətlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı noyabr ayında bu ilin yanvar ayı ilə müqayisədə 2,5 dəfədən çox artaraq 25570-ə satıb.
 
 “E-hökumət” portalında autentifikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan “İş yerinə dair arayış”ı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir.
 
Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə  "E-hökumət" portalında  bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.
 
 
2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 1 dekabr tarixinədək 203320 dəfə istifadə olunub.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024