12px13px15px17px
Tarix:14/12/15

2019-cu ildə elektronika qurğularının satış həcmi 1.61 milyon dollar təşkil edəcək

«IC Insights» analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada istehsal edilmiş elektron sistemlərin ümumi dəyəri ötən illə müqayisədə 2 faiz azalaraq 1.42 trilyon ABŞ dolları təşkil edəcək.
 
Həmçinin gözləntilərə görə, yaxın 5 ildə bütün növ elektronika qurğularının satışından əldə olunan gəlir hər il orta hesabla 2,1 faiz artacaq və 2019-cu ildə 1.61 trilyon dollara yaxınlaşacaq.
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən xəbər verir ki, ekspertlər sözügedən bazarda 9 əsas kateqoriya ayırıblar: mobil telefonlar, standart fərdi kompüterlər, rəqəmli televizorlar, avtomobil sistemləri, planşetlər, serverlər, tibbi elektronika, "Əşyalar interneti" («IoT») və oyun konsolları. Təxmin edilir ki, 2015-ci ildə elektronika qurğuları bazarında bu məhsulların ümumi payı təxminən 70 faiz təşkil edəcək.
 
Analitiklər bildirir ki, 2013-cü ildən etibarən mobil telefonlar elektronika bazarının ən böyük seqmentidir. Cari ildə mobil telefonlar öz liderliyini daha da möhkəmləndirəcək və həcminə görə ikinci kateqoriya sayılan standart kompüterləri xeyli geridə qoyacaq.
 
Gözləntilərə görə, 2015-ci ildə telefonlardan 262,2 milyard ABŞ dolları məbləğində gəlir əldə olunacaq ki, bu da dünyada mövcud elektron sistemlərin ümumi satış həcminin 18 faizi deməkdir. Bu halda standart fərdi kompüterlərin töhfəsi 187,4 milyard dollar və ya təxminən 13 faiz təşkil etməlidir. İlk beşlikdə, həmçinin televizorlar (170 milyard), avtomobil elektronikası (126 milyard) və "Əşyalar interneti" (63,4 milyard) yer alacaq.
 
Emil Hüseynov




Baxış sayı: 835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024