12px13px15px17px
Tarix:14/12/15

«IDC»: Dünyada informasiya təhlükəsizliyini təmin edən qurğulara tələbat yüksəlir

«IDC» analitik şirkətinin məlumatına görə, informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş avadanlıq bazarının həcmi artmağa davam edir və «Cisco» korporasiyası bu bazarda öz liderliyini qoruyub saxlayır.
 
Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ilin üçüncü rübündə şirkətlər təhlükəsizlik üzrə aparat vasitələrinin satışından 2,7 milyard dollar məbləğində gəlir əldə ediblər ki, bu da ötən illə müqayisədə 9.6 faiz yüksəkdir.
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, təhlükəsizlik üzrə aparat vasitələrinin satışı üzrə ən böyük artım tempi Yaxın Şərq və Afrika ölkələrində müşahidə olunub. 2015-ci ilin üçüncü rübündə bu regionlarda istehsalçıların gəliri ötən illə müqayisədə 18,3 faiz artıb.
 
ABŞ ən gəlirli bazar olaraq qalır, gəlirin 40 faizi bu ölkənin payına düşür.
 
Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) həcminə görə informasiya təhlükəsizliyinin təmini qurğuları üçün ikinci satış bazarıdır, bu regionda bir ildə təhlükəsizlik üzrə avadanlığın satış həcmi 11,9  faiz yüksəlib. Regionda tələbatın təxminən 70 faizi Çin və Avstraliyanın payına düşüb.
 
Emil Hüseynov




Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024