Tarix:19/09/11
Onun sözlərinə görə, vergi yoxlamalarda elektron auditin tətbiqi məqsədilə Vergilər Nazirliyi tərəfindən xarici ekspertlərlə birgə «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsi hazırlanıb və 2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndələyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlib və bu ilin martın 1-dən başlamış bu proses 2013-cü ilin mart ayına qədər davam edəcək.
Layihənin 6 komponentdən ibarət olduğunu bildirən A.Əsədov bildirib ki, ilk komponent 3 ay davam edib və bura «e-audit»in tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması, ikinci komponentə (2 ay) «e-audit» üçün müvafiq proqram təminatının seçilməsi, üçüncü komponentə (6 ay) «e-audit»in tətbiqi ilə bağlı məlumat bazasının yaradılması, dördüncü komponentə (7 ay) «e-audit» üzrə metodologiyanın hazırlanması və auditorların treninqin təşkili, beşinci komponentə (6 ay) «e-audit» sisteminə uyğun olan orta və iri müəssisələr arasında istifadə edilən «e-mühasibat» sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi, altıncı komponentə isə (7 ay) «e-audit» sistemnin tətbiqi daxildir.
«Bu müddət ərzində «e-audit»in tətbiqinə hazır olan bir neçə müəssisədə ilkin olaraq pilot (sınaq) layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra ilkin nəticələr əsasında «e-audit»in tətbiqi praktikası tədricən digər orta və iri müəssisələri də əhatə edəcək», - deyə A.Əsədov bildirib.
Azərbaycan 2013-cü ildə «elektron audit» sistemini tətbiq edəcək
Azərbaycan Vergilər Nazirliyi 2013-cü ildə ölkədə «elektron audit» («e-audit») sistemini tətbiq edəcək. Bu barədə vergilər nazirinin müşaviri Asəf Əsədov bildirib.Onun sözlərinə görə, vergi yoxlamalarda elektron auditin tətbiqi məqsədilə Vergilər Nazirliyi tərəfindən xarici ekspertlərlə birgə «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvinninq layihəsi hazırlanıb və 2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndələyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlib və bu ilin martın 1-dən başlamış bu proses 2013-cü ilin mart ayına qədər davam edəcək.
Layihənin 6 komponentdən ibarət olduğunu bildirən A.Əsədov bildirib ki, ilk komponent 3 ay davam edib və bura «e-audit»in tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması, ikinci komponentə (2 ay) «e-audit» üçün müvafiq proqram təminatının seçilməsi, üçüncü komponentə (6 ay) «e-audit»in tətbiqi ilə bağlı məlumat bazasının yaradılması, dördüncü komponentə (7 ay) «e-audit» üzrə metodologiyanın hazırlanması və auditorların treninqin təşkili, beşinci komponentə (6 ay) «e-audit» sisteminə uyğun olan orta və iri müəssisələr arasında istifadə edilən «e-mühasibat» sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi, altıncı komponentə isə (7 ay) «e-audit» sistemnin tətbiqi daxildir.
«Bu müddət ərzində «e-audit»in tətbiqinə hazır olan bir neçə müəssisədə ilkin olaraq pilot (sınaq) layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra ilkin nəticələr əsasında «e-audit»in tətbiqi praktikası tədricən digər orta və iri müəssisələri də əhatə edəcək», - deyə A.Əsədov bildirib.
Baxış sayı: 2471
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır