Tarix:14/12/15
Görüşdə TAC ödəmə kartlarının telekommunikasiya qovşaqlarında (TKQ) onlayn satışı və aktivləşdirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) proqramçıları tərəfindən hazırlanmış yeni proqram təminatının və satış üzrə hesabatların elektron təşkilinin prezentasiyasi keçirilib və bu məsələ müzakirə eilib.
Yeni tətbiq olunacaq proqram təminatı əsasında rayon TKQ-lərinin əməliyyatçıları TAC kart satış sisteminə daxil olaraq müştərinin istədiyi dəyərdə və sayda TAC kart seçir, bundan sonra avtomatik olaraq kartların nömrələri və pin kodlar qeyd olunmuş qəbz formalaşır. Qəbz çap olunaraq müştəriyə təqdim olunur.
Bu xidmətdən 2 formada istifadə etmək mümkündür:
1. Alınmış PİN kodun telefonun balansına yüklənməsi. Bunun üçün “124” kodu vasitəsilə PİN kod telefonun balansına yüklənilir, həmin balansla danışıq aparmaq üçün “123” kodu üzərindən zəng edilir. Məsələn, 123 yığılır, siqnal səsindən sonra mobil şəbəkəyə 50(51)xxxxxxx, 55xxxxxxx, 70(77)xxxxxxx, sabit şəbəkəyə 22xxxxxxx və s. qaydada yığımlar aparılır, “#” vasitəsilə təsdiq olunur. “0” kodundan istifadə olunmur. Bu xidmət hələlik Bakı şəhərində aktiv deyil.
2. Alınmış PİN kod telefonun balansına yüklənmir, bu PİN kod vasitəsilə istənilən sabit şəbəkə telefonundan danışıq aparmaq olur. Bu variantın əlavə üstünlüyü balansın hər hansı bir telefonla məhdudlaşmamasıdır. Yəni, istifadəçi həm öz mənzilindəki, həm iş yerindəki, həm də istənilən digər telefondan bu PİN kodu yığmaqla danışıq apara bilər. Bu halda hər dəfə “181” yığmaqla PİN kod sistemə daxil edilir, *şəbəkə kodu, telefon nömrəsi daxil edilir və # vasitəsilə təsdiq olunur.
Hazırda istifadəçilərə 2, 5,10 manat dəyərində olan TAC kartlar təklif edilir.
Bu xidmətin aşağıdakı üstünlükləri var:
* Yüklənilən kartın dəyərinin 20%-i dəyərində əlavə bonus balansa yüklənir.
* Bu kartı almaqla “0” kodu bağlı olan nömrələr də daxil olmaqla respublika şəbəkəsində istənilən şəhər və kənd telefon nömrələrindən şəhərlərarası, beynəlxalq və mobil şəbəkəyə danışıq aparmaq olar.
Bu texnologiya kartların istehsalı və abunəçiyə çatdırılması ilə əlaqədar lüzumsuz xərcləri aradan qaldırmaqla yanaşı, həm də istifadəçilərə sabit şəbəkə telefonu olan istənilən yerdən danışıq aparmaq imkanı verir. Yəni, xidmətin haqqı əvvəlcədən ödənildiyinə görə danışıq istənilən sabit şəbəkə telefonundan aparıla bilər.
TAC ödəmə kartlarının onlayn satışı və aktivləşdirilməsi məsələləri müzakirə edilib
11 dekabr 2015-ci il tarixdə "Elektron Hökumət” portalının operatoru və “Aztelekom“ MMC-nin nümayəndələrinin görüşü olub.Görüşdə TAC ödəmə kartlarının telekommunikasiya qovşaqlarında (TKQ) onlayn satışı və aktivləşdirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) proqramçıları tərəfindən hazırlanmış yeni proqram təminatının və satış üzrə hesabatların elektron təşkilinin prezentasiyasi keçirilib və bu məsələ müzakirə eilib.
Yeni tətbiq olunacaq proqram təminatı əsasında rayon TKQ-lərinin əməliyyatçıları TAC kart satış sisteminə daxil olaraq müştərinin istədiyi dəyərdə və sayda TAC kart seçir, bundan sonra avtomatik olaraq kartların nömrələri və pin kodlar qeyd olunmuş qəbz formalaşır. Qəbz çap olunaraq müştəriyə təqdim olunur.
Bu xidmətdən 2 formada istifadə etmək mümkündür:
1. Alınmış PİN kodun telefonun balansına yüklənməsi. Bunun üçün “124” kodu vasitəsilə PİN kod telefonun balansına yüklənilir, həmin balansla danışıq aparmaq üçün “123” kodu üzərindən zəng edilir. Məsələn, 123 yığılır, siqnal səsindən sonra mobil şəbəkəyə 50(51)xxxxxxx, 55xxxxxxx, 70(77)xxxxxxx, sabit şəbəkəyə 22xxxxxxx və s. qaydada yığımlar aparılır, “#” vasitəsilə təsdiq olunur. “0” kodundan istifadə olunmur. Bu xidmət hələlik Bakı şəhərində aktiv deyil.
2. Alınmış PİN kod telefonun balansına yüklənmir, bu PİN kod vasitəsilə istənilən sabit şəbəkə telefonundan danışıq aparmaq olur. Bu variantın əlavə üstünlüyü balansın hər hansı bir telefonla məhdudlaşmamasıdır. Yəni, istifadəçi həm öz mənzilindəki, həm iş yerindəki, həm də istənilən digər telefondan bu PİN kodu yığmaqla danışıq apara bilər. Bu halda hər dəfə “181” yığmaqla PİN kod sistemə daxil edilir, *şəbəkə kodu, telefon nömrəsi daxil edilir və # vasitəsilə təsdiq olunur.
Hazırda istifadəçilərə 2, 5,10 manat dəyərində olan TAC kartlar təklif edilir.
Bu xidmətin aşağıdakı üstünlükləri var:
* Yüklənilən kartın dəyərinin 20%-i dəyərində əlavə bonus balansa yüklənir.
* Bu kartı almaqla “0” kodu bağlı olan nömrələr də daxil olmaqla respublika şəbəkəsində istənilən şəhər və kənd telefon nömrələrindən şəhərlərarası, beynəlxalq və mobil şəbəkəyə danışıq aparmaq olar.
Bu texnologiya kartların istehsalı və abunəçiyə çatdırılması ilə əlaqədar lüzumsuz xərcləri aradan qaldırmaqla yanaşı, həm də istifadəçilərə sabit şəbəkə telefonu olan istənilən yerdən danışıq aparmaq imkanı verir. Yəni, xidmətin haqqı əvvəlcədən ödənildiyinə görə danışıq istənilən sabit şəbəkə telefonundan aparıla bilər.
Baxış sayı: 2265
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır