12px13px15px17px
Tarix:16/12/15

"Kapital Bank" ASC xidmətlərini sadələşdirir

"Elektron Hökumət" portalı 432 elektron xidməti "bir pəncərədən" təqdim etməklə yanaşı, fərdə aid dəqiq və ətraflı məlumatları özündə birləşdirən vahid informasiya sistemi rolunu oynayır.

Bu gün bir sıra dövlət və özəl qurumlar var ki, onlar vətəndaşlarla bağlı müxtəlif məlumat bazalarına malikdir. Vətəndaşlar "e-gov.az" portalı vasitəsilə bu qurumlara müraciət etdikdə vətəndaşa aid həmin bazalarda olan məlumatlardan istifadə edilir.

Bu məlumatların doğruluğu, dəqiqliyi və vahid əsaslar üzrə formalaşdırılması birbaşa təqdim olunan xidmətlərin keyfiyyətinə təsir göstərir.

Portalın operatoru bu sahədə ölkə başçısının "Elektron hökumət" portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanını əsas tutaraq, bir sıra işlər həyata keçirib. Bunlardan portal üzrə bir çox məlumatların avtomatik əldə olunmasını mümkün edən fərdi identifikasiya nömrəsinin (FİN) informasiya sistemlərinə tətbiqidir.

Bu sahədə portal, dövlət və özəl qurumları ilə birgə əməkdaşlıq sayəsində vətəndaşlar, eləcə də, müəssisələr üçün mötəbər informasiya məkanına çevrilib. Bu gün 25-dən artıq bank və ticarət təşkilatlarına müraciət zamanı sənəd mübadiləsi elektron şəkildə portal üzərindən həyata keçirilir.
Ölkənin qabaqcıl banklarından biri olan "Kapital Bank" ASC də "Elektron Hökumət" portalının üstünlüklərindən faydalanaraq vətəndaşlara daha rahat və sadə xidmət təqdim edəcək.  Belə ki, Portalın elektron arayışlar xidmətinə qoşulacaq bank tezliklə fərdi məlumatlar üzrə kağız üzərində arayış tələbini aradan qaldıracaq. Artıq banka müraciət zamanı vətəndaşlar quraşdırılacaq xüsusi terminallardan istifadə edərək, şəxsiyyət vəsiqəsini skan etməklə bank tərəfindən tələb olunan müvafiq məlumatları çap edə biləcək.

Bununla yanaşı, "Kapital Bank" ASC öhdəliyində olan informasiya bazasındakı fərdi məlumatların FİN-ə uyğunlaşdırılması üçün portala müraciət etmişdir. 2,7 milyon fərdi məlumatı özündə birləşdirən müştəri bazasının FİN-ə uyğunlaşdırılması əməliyyatları zamanı əl ilə məlumat daxil etməni aradan qaldırmaqla avtomatikliyi təmin edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində "Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynovun iştirakı ilə baş tutmuş görüşdə qeyd olunan məsələlər müzakirə olunub və çərçivə razılaşması əldə edilib. Növbəti mərhələlərdə görüşlərin  mütəxəssislər səviyyəsində davam etdirilməsi planlaşdırılıb, görüşün nəticələri deməyə əsas verir ki, "Kapital Bank" ASC yaxın zamanlarda müştərilərinə daha fərqli xidmətlər təqdim etməyi nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində, bank Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara edilən dəyişikliklər üzrə portalın "E-Gov İdentity" servisi vasitəsilə mobil nömrələrin müştərilərin adına olmasının təsdiqini də əldə etmiş olacaq.
  




Baxış sayı: 296

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2020

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric

18 02 2020

18/02/20
Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası Assambleyasının Ekspertlər Şurasının 21-ci iclası keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində Regional Rabitə Birliyi MDB ölkələrinin Parlamentlərarası 

18/02/20
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və m

18/02/20
“LG” şirkəti qorunmuş korpusda üç yeni kamerofon təqdim edib

“LG” şirkəti K seriyasına məxsus üç yeni smartfon modelini təqdim edib. Bütün aparatlar

18/02/20
Mühəndislər havadan elektrik enerjisi əldə etməyi öyrəniblər

Massaçusets Texnologiya Universitetinin alimləri havadan elektrik enerjisi əldə etmək üçün texnologiya ha

18/02/20
“Sharp Aquos R5G” smartfonu təqdim edilib

Yaponiyanın “Sharp” elektronika istehsalçısı beşinci nəsil şəbəkələrini dəstəkləyən ilk qabaqcıl smartfon

18/02/20
“Samsung Galaxy S20 Ultra LTE” smartfonu buraxılacaq

“Samsung” şirkəti bir sıra regionlar üçün “Galaxy S20 Ultra LTE” adlı smartfon hazırlayır. Bu barədə şi

18/02/20
Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başl

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h