12px13px15px17px
Tarix:16/12/15

Medvedev Rusiyanın internet iqtisadiyyatının ÜDM-dəki həcmini 2.2 faiz səviyyəsində qiymətləndirib

Dünya İnternet Konfransında çıxış etmiş Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, ölkənin internet iqtisadiyyatının ümumi həcmi 2,2 faiz səviyyəsində qiymətləndirilir.
 
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, onun sözlərinə görə, indi Rusiyanın internet auditoriyası 80 milyon nəfərdən ibarətdir. Medvedev deyib ki, hökumət yüksəksürətli qlobal şəbəkəyə çıxış üzrə bərabər şəraitin təmin edilməsini vacib hesab edir.
 
"Biz qarşımıza məqsəd qoymuşuq ki, yaxın illərdə bütün vətəndaşlarımız belə imkan əldə etsinlər", - Medvedev deyib, amma konkret tarix göstərməyib.
 
Baş nazir qeyd edib ki, hökumət "internetin idarəetməsində dünya cəmiyyətinin rolunun gücləndirilməsi kursu”nu dəstəkləyir və beynəlxalq təsisatların himayəsi altında idarəetmə ilə məşğul olmaq lazımdır.
 
O əmindir ki, ümumdünya şəbəkəsi açıq, qlobal və paylanmış olmalıdır, bununla belə dövlət tənzimlənməsi və idarəetməsi lazımdır.
 
Emil Hüseynov




Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024