Tarix:16/12/15
Bildirilir ki, istifadəçilər gələcəkdə xüsusilə “Google” və “Facebook” şəbəkələrində öz məlumatları üzərində daha çox nəzarət imkanı əldə edərək özlərinə aid informasiyanı çox asanlıqla silə biləcəklər.
Avropa KİV-nin ilin vacib qərarı adlandırdığı yeni qaydaların 2017-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Qaydalar 1995-ci ildən qüvvədə olan normaları əvəz edəcək.
“Yeni Avropa qanunları həm vətəndaşlar, həm də biznes üçün əlverişlidir. Hamı rəqəmli dövrün tələblərinə uyğun qaydalardan faydalanacaq”, - Avropa Komissiyasının ədliyyə məsələləri üzrə nümayəndəsi Vera Yurova deyib.
“Right to be Forgotten” (“Unudulmaq haqqı”) qanunu Avropanın fərdi məlumatlar haqqında qanunvericiliyinin əsasını təşkil edir.
Yeni qanunları pozacaq provayderləri illik mədaxilin 4 faizi həcmində cərimə gözləyir. Pozuntular sırasına fərdi məlumatlardan qanunsuz istifadə, həmçinin istifadəçinin icazəsi olmadan məlumatların ələ keçirilməsi daxildir.
Qaydalara görə, şirkətlər milli tənzimləyici orqanları 3 gün ərzində informasiya sızmasının baş verməsi barədə məlumatlandıracaq. Aİ-nin bu tələbi ABŞ hakimiyyətinin təklifindən daha sərtdir.
Avropa qaydaları Aİ ölkələrində müştəri və istifadəçilərə malik bütün şirkətlərə şamil edilir, - "Interfax” yazır.
Avropa İttifaqında internetdə məlumatların mühafizəsinə dair yeni qaydalar razılaşdırılıb
Avropa İttifaqı (İT) internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq etməyə hazırlaşır. Çərşənbə axşamı Aİ-yə üzv dövlətlərin, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələri dörd il davam edən danışıqlardan sonra bununla bağlı müvafiq razılığa gəliblər.Bildirilir ki, istifadəçilər gələcəkdə xüsusilə “Google” və “Facebook” şəbəkələrində öz məlumatları üzərində daha çox nəzarət imkanı əldə edərək özlərinə aid informasiyanı çox asanlıqla silə biləcəklər.
Avropa KİV-nin ilin vacib qərarı adlandırdığı yeni qaydaların 2017-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Qaydalar 1995-ci ildən qüvvədə olan normaları əvəz edəcək.
“Yeni Avropa qanunları həm vətəndaşlar, həm də biznes üçün əlverişlidir. Hamı rəqəmli dövrün tələblərinə uyğun qaydalardan faydalanacaq”, - Avropa Komissiyasının ədliyyə məsələləri üzrə nümayəndəsi Vera Yurova deyib.
“Right to be Forgotten” (“Unudulmaq haqqı”) qanunu Avropanın fərdi məlumatlar haqqında qanunvericiliyinin əsasını təşkil edir.
Yeni qanunları pozacaq provayderləri illik mədaxilin 4 faizi həcmində cərimə gözləyir. Pozuntular sırasına fərdi məlumatlardan qanunsuz istifadə, həmçinin istifadəçinin icazəsi olmadan məlumatların ələ keçirilməsi daxildir.
Qaydalara görə, şirkətlər milli tənzimləyici orqanları 3 gün ərzində informasiya sızmasının baş verməsi barədə məlumatlandıracaq. Aİ-nin bu tələbi ABŞ hakimiyyətinin təklifindən daha sərtdir.
Avropa qaydaları Aİ ölkələrində müştəri və istifadəçilərə malik bütün şirkətlərə şamil edilir, - "Interfax” yazır.
Baxış sayı: 756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır