Tarix:21/12/15
"ICTnews" elektron xəbər xidməti "www.mediasat.info" resursuna istinadən yazır ki, tədqiqat müəlliflərinin sözlərinə görə, hər iki qeyd olunan bazar "4K" televizorların artım tempinə görə 2019-cu ilədək "4K" televizorlara sahib ev təsərrüfatlarının payının 14 faiz proqnozlaşdırıldığı Yaponiyanı xeyli geridə qoyacaq. Yaponiyada göstəricinin aşağı olmasına səbəb kimi isə ailələrin artıq yeni televizora malik olması qeyd olunur.
"IHS"-in proqnozuna görə, 2017-ci ilədək 50 və daha böyük düyümlü televizor modellərinin çoxu "4K" təsvir ölçüsünü dəstəkləyəcək, "Ultra HD" kontentinin sayının və ondan internet provayderləri və ödənişli televiziya provayderlərindən istifadənin genişlənməsi "4K" modellərin satışına əlavə stimul verəcək.
Avropa ölkələri içərisində "4K" formatlı televizorların daha çox İsveçrədə nüfuzetmə səviyyəsinin artması gözlənilir. Proqnozlara görə, 2018-ci ilədək bu ölkədə "4K" televizorların payı 32 faiz təşkil edəcək. Sonrakı yerdə 31 faizlik göstərici ilə Böyük Britaniya qərarlaşacaq.
Tədqiqatda, həmçinin digər ölkələr üzrə proqnozlar yer alıb. Məsələn, qeyd olunur ki, 2019-cu ildə Çində ev təsərrüfatlarının 24 faizi, Rusiyada 11 faizi, Braziliyada 8 faizi, Hindistanda 2 faizi "4K" formatlı televizorlardan istifadə edəcək.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan "4K" (Ultra HD) formatlı televizorlar 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da "Full HD" formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur.
Nizam Nuriyev
2019-cü ilədək Avropa ev təsərrüfatlarının dörddə birində “4K” formatlı televizorlardan istifadə olunacaq
"IHS" analitik şirkətinin tədqiqatına görə, 2019-cu ildə ABŞ ev təsərrüfatlarında "4K" formatlı televizorların nüfuzetmə səviyyəsi 34 faiz, Avropa İttifaqı ölkələrində 25 faiz təşkil edəcək."ICTnews" elektron xəbər xidməti "www.mediasat.info" resursuna istinadən yazır ki, tədqiqat müəlliflərinin sözlərinə görə, hər iki qeyd olunan bazar "4K" televizorların artım tempinə görə 2019-cu ilədək "4K" televizorlara sahib ev təsərrüfatlarının payının 14 faiz proqnozlaşdırıldığı Yaponiyanı xeyli geridə qoyacaq. Yaponiyada göstəricinin aşağı olmasına səbəb kimi isə ailələrin artıq yeni televizora malik olması qeyd olunur.
"IHS"-in proqnozuna görə, 2017-ci ilədək 50 və daha böyük düyümlü televizor modellərinin çoxu "4K" təsvir ölçüsünü dəstəkləyəcək, "Ultra HD" kontentinin sayının və ondan internet provayderləri və ödənişli televiziya provayderlərindən istifadənin genişlənməsi "4K" modellərin satışına əlavə stimul verəcək.
Avropa ölkələri içərisində "4K" formatlı televizorların daha çox İsveçrədə nüfuzetmə səviyyəsinin artması gözlənilir. Proqnozlara görə, 2018-ci ilədək bu ölkədə "4K" televizorların payı 32 faiz təşkil edəcək. Sonrakı yerdə 31 faizlik göstərici ilə Böyük Britaniya qərarlaşacaq.
Tədqiqatda, həmçinin digər ölkələr üzrə proqnozlar yer alıb. Məsələn, qeyd olunur ki, 2019-cu ildə Çində ev təsərrüfatlarının 24 faizi, Rusiyada 11 faizi, Braziliyada 8 faizi, Hindistanda 2 faizi "4K" formatlı televizorlardan istifadə edəcək.
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan "4K" (Ultra HD) formatlı televizorlar 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da "Full HD" formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur.
Nizam Nuriyev
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır