12px13px15px17px
Tarix:23/12/15

2016-cı ildə Çində “3D” printerlərin satış həcmi 2 dəfə artacaq

2015-ci ildə Çində 77 min “3D” printer satılıb ki, bu da ötənilki göstəricini 226 faiz üstələyir. “IDC” analitik şirkətinin hesabatına əsasən, 2016-cı ildə adıçəkilən ölkədə belə printerlərin satış həcmi 207 faiz artaraq 160 min qurğu təşkil edəcək.
 
"2016-cı ildə satılmış qurğuların sayına görə Çin birinci yeri tutacaq, amma ABŞ belə qurğuların dəyəri üzrə əvvəlki kimi liderliyini qoruyub saxlayacaq" – “IDC”-nin analitiki Mo Mini belə deyib.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” resursuna istinadən  xəbər verir ki, Çində hələ ki dəyəri 5 min dollaradək ucuz “3D” printerlər satın almağa üstünlük verirlər. Bu halda ABŞ-da yüksək texnologiyalı modellərə üstünlük verilir.
 
“IDC”-nin hesabatına görə, 2020-ci ilədək Çində “3D” printerlərin satış həcmi il ərzində 440 mini ötəcək. Bu, istehsal obyektlərinin modernləşdirilməsi zərurəti ilə bağlıdır.
 
Hazırda belə printerlər aerokosmik, tibb və avtomobil sahələrində uğurla  tətbiq edilir. “3D” printerlərdən tədricən tikinti, aşpazlıq, həmçinin musiqi alətləri və geyimin istehsalında istifadə edilir.

Emil Hüseynov



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024