Tarix:24/12/15
Buraxılışın 2016-cı ilin martında həyata keçirilməsi, aparatın isə Marsa altı aydan sonra enməsi nəzərdə tutulurdu.
"ICTnews" Elektron Xəbər Xidməti "www.interfax.ru" resursuna istinadən yazır ki, buna Fransa Kosmik Agentliyinə məxsus seysmometrin işində baş verən nasazlıqlar səbəb olub. Belə ki, seysmometrin havanın sovrulması sistemində nasazlıqlar aşkarlanıb. Agentliyin məlumatına görə, aparatın təmiri üçün göstərilən səylər uğursuzluqla nəticələnib.
Bu, missiyada iştirak etməli olan iki əsas qurğudan biridir. Onun yanvarda Cənubi Kaliforniyaya gətirilməsi gözlənilirdi.
Aparatın buraxılmasında məqsəd Marsın dərinliklərinin geoloji quruluşunun öyrənilməsidir. Hazırda buraxılışın nə vaxt baş tutacağı naməlumdur. Aparatların Marsa optimal çatdırılma vaxtı hər iki ildən bir olur. "NASA" 2018-ci ili gözləyəcəyini və ya bahalı aparatı martda buraxmağa çalışacağını hələ ki bəyan etməyib.
Nizam Nuriyev
“NASA” Marsa göndəriləcək missiyanı təxirə salıb
ABŞ Kosmik Agentliyi (NASA) qurğulardan birində yaranan nasazlığa görə bu yaxınlarda Mars planetinə göndəriləcək aparatın buraxılışını təxirə salmaq barədə qərar qəbul edib.Buraxılışın 2016-cı ilin martında həyata keçirilməsi, aparatın isə Marsa altı aydan sonra enməsi nəzərdə tutulurdu.
"ICTnews" Elektron Xəbər Xidməti "www.interfax.ru" resursuna istinadən yazır ki, buna Fransa Kosmik Agentliyinə məxsus seysmometrin işində baş verən nasazlıqlar səbəb olub. Belə ki, seysmometrin havanın sovrulması sistemində nasazlıqlar aşkarlanıb. Agentliyin məlumatına görə, aparatın təmiri üçün göstərilən səylər uğursuzluqla nəticələnib.
Bu, missiyada iştirak etməli olan iki əsas qurğudan biridir. Onun yanvarda Cənubi Kaliforniyaya gətirilməsi gözlənilirdi.
Aparatın buraxılmasında məqsəd Marsın dərinliklərinin geoloji quruluşunun öyrənilməsidir. Hazırda buraxılışın nə vaxt baş tutacağı naməlumdur. Aparatların Marsa optimal çatdırılma vaxtı hər iki ildən bir olur. "NASA" 2018-ci ili gözləyəcəyini və ya bahalı aparatı martda buraxmağa çalışacağını hələ ki bəyan etməyib.
Nizam Nuriyev
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır