12px13px15px17px
Tarix:19/09/11

Nazir:«Azərbaycanda 3G texnologiyalarının geniş tətbiqi üçün mobil rabitə operatorlarına tapşırıqlar verilib»

Yaxın zamanlarda Azərbaycanda daha iki mobil rabitə operatoruna («Azercell» və «Bakcell» şirkətləri) 3G texnologiyalarının tətbiqi üçün lisenziya veriləcək. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən ölkədə 3G texnologiyalarının geniş tətbiqi üçün operatorlara müvafiq tapşırıqlar verib. Ə.Abbasov bildirib ki, Azərbaycanda mobil rabitə üzrə tariflər Şərqi Avropa ölkələrindəki səviyyədədir.

Həmçinin nazir bildirib ki, 2012-ci ilin sonuna qədər Azərbaycanda rəqəmsal televiziyaya tam keçid nəzərdə tutulur: «Bu sahədə işlər fəal aparılır».

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda internet tarifləri təxminən 1 Mbit/saat üçün 20 manat təşkil edir ki, bunun 2 manatı ATS-ə, təxminən 10 manatı xaricdən alınan internet trafik üçün ödənilir və yalnız 8 manatı internet-provayderə qalır. Nazirin sözlərinə görə, provayderlər isə qiymətlərin süni artırılması üçün müxtəlif bəhanələr gətirir.



Baxış sayı: 1097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024