12px13px15px17px
Tarix:28/12/15

2016-cı ildə 3.2 milyard nəfər internetdən istifadə edəcək

“IDC” şirkətinin proqnozuna əsasən, 2016-cı ildə dünyada planetin əhalisinin 44 faizi (3.2 milyard nəfər) internetdən istifadə edəcək. 2 milyard istifadəçi mobil qurğuların köməyi ilə internetə daxil olacaq.

2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı ildə 2 faiz artacaq. “IDC” analitik şirkətinin mütəxəssisləri hesab edirlər ki, Çin, Hindistan və İndoneziyada internet istifadəçilərinin sayı yüksək templə artacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “it-weekly.ru” resursuna istinadən yazır ki, analitik şirkət, həmçinin regionlar üzrə bəzi göstəriciləri açıqlayıb.
 
Hazırda internetdən istifadə üzrə ən yüksək faiz göstəricisi Şimali Amerika ölkələrində - Kanadada qeydə alınıb. Bu ölkədə əhalinin 87 faizi şəbəkəyə daxil olur. Çində mobil qurğuların sayı 981 milyon təşkil edir. Rusiyada 78 milyon nəfər axtarış sistemlərindən istifadə edir. Türkiyə internet reklam xərclərinə görə EMEA regionunda liderdir. Braziliyada internet üzərindən daha çox geyim satın alınır.
 
Məlumat üçün bildirək ki, 2015-ci ilin 9 ayının göstəricilərinə görə, Azərbaycanda ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsi ilə qoşulur. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb.
Qeyd edək ki, internet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə ölkəmiz dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 
 
 




Baxış sayı: 1449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024