Tarix:29/12/15
Bu sahədə tədqiqatlar aparan AMEA İnformasiya Texnologiyaları İnstitutundan “ICTnews” Elektron Xəbər Xidmətinə bildirilib ki, Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi sahələrinin genişləndirilməsi müvafiq dövlət siyasətinin prioritetlərindən biridir:
İnstitutdan verilən məlumata görə, azərbaycandilli veb-saytların sayının ölkə əhalisinin sayına nisbəti inkişaf etmiş ölkələrin uyğun göstəricilərindən xeyli geri qalır.
“Xüsusilə qeyd etmək lazımdır ki, təhsil və müxtəlif sahələr üzrə maarifləndirici resursların xüsusi çəkisi xeyli aşağıdır - əyləncə xarakterli resurslarla müqayisədə böyük disbalans mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Eyni zamanda, İnternet resurslarının mövzular və istifadəçilərin müxtəlif demoqrafik qrupları üzrə paylanmasını daha ciddi şəkildə analiz etmək zəruridir” - deyə institutdan qeyd edilib.
Bu vəziyyətin yol açdığı problemlərə gəlincə, bildirilib ki, öz ana dilində axtardığı resursları tapmayan ölkə vətəndaşları xarici veb-saytlara üz tutmalı olurlar:
“Xarici dil bilməyənlər isə vəziyyətlə barışmalı olur. Bu, informasiyanın başa düşülməsini və ötürülməsini çətinləşdirir. Çünki, insan öz ana dilində informasiyanı daha yaxşı qəbul edir”.
Həqiqət İSABALAYEVA
İnternetdə azərbaycandilli resursların artırılmasına ehtiyac var
İnternetdə azərbaycandilli resursların sayının artırılmasına ehtiyac var.Bu sahədə tədqiqatlar aparan AMEA İnformasiya Texnologiyaları İnstitutundan “ICTnews” Elektron Xəbər Xidmətinə bildirilib ki, Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi sahələrinin genişləndirilməsi müvafiq dövlət siyasətinin prioritetlərindən biridir:
İnstitutdan verilən məlumata görə, azərbaycandilli veb-saytların sayının ölkə əhalisinin sayına nisbəti inkişaf etmiş ölkələrin uyğun göstəricilərindən xeyli geri qalır.
“Xüsusilə qeyd etmək lazımdır ki, təhsil və müxtəlif sahələr üzrə maarifləndirici resursların xüsusi çəkisi xeyli aşağıdır - əyləncə xarakterli resurslarla müqayisədə böyük disbalans mövcuddur. Bunun obyektiv və subyektiv səbəbləri var. Eyni zamanda, İnternet resurslarının mövzular və istifadəçilərin müxtəlif demoqrafik qrupları üzrə paylanmasını daha ciddi şəkildə analiz etmək zəruridir” - deyə institutdan qeyd edilib.
Bu vəziyyətin yol açdığı problemlərə gəlincə, bildirilib ki, öz ana dilində axtardığı resursları tapmayan ölkə vətəndaşları xarici veb-saytlara üz tutmalı olurlar:
“Xarici dil bilməyənlər isə vəziyyətlə barışmalı olur. Bu, informasiyanın başa düşülməsini və ötürülməsini çətinləşdirir. Çünki, insan öz ana dilində informasiyanı daha yaxşı qəbul edir”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 835
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib