12px13px15px17px
Tarix:19/09/11

“Samsung Galaxy S III” smartfonu 4 nüvəli prosessora malik ola bilər

Veb-mənbələrin məlumatına əsasən, “Samsung” şirkəti, “Galaxy S III” flaqman smartfonunu hazırlayır. Həmin smartfon elanı 2012-ci ilin əvvəlində istifadəçilərin ixtiyarına verilə bilər.

Məlumata görə, güclü aparatın əsasını 2 QHz takt tezliyində işləyən 4 nüvəli prosessor təşkil edəcək. Əməli yaddaş tutumu 1,5 QB, inteqrasiya edilmiş fləş modul tutumu 32 QB olacaq.

Məlumatlara əsasən, sensor ekranın ölçüsü 4,65 düym; onun kəskinliyi 1024×1280 nöqtə olacaq. 10 meqapiksel matrisli və 1080p (1920×1080 nöqtə) formatında yüksək dəqiqlikli video yazma imkanına malik kamera olacağı bildirilib.

Ehtimal edilir ki, smartfon, “NFC” (Near Field Communication) texnologiyasını dəstəkləyəcək. Əməliyyat sistemi “Android İce Cream Sandwich” platforması olacaq.



Baxış sayı: 943

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024