Tarix:12/01/16
Həqiqət İSABALAYEVA
Kompüter texnologiyalarından istifadə zamanı hansı normativlərə riayət olunmalıdır?
Müasir dövrdə kompüter texnologiyalarından geniş istifadə iş mühitinin sağlamlaşdırılmasını aktuallaşdırır. Bu gün kompüterdə çalışanların çoxu bu əməyin insanın sağlamlığına, əməkqabiliyyətliliyinə, əməyinin effektivliyinə təsir edən bir sıra sanitar-gigiyenik və psixofiziki amilləri şərtləndirdiyini bilmir. Kompüterin insan sağlamlığı üçün potensial təhlükəli şüalanmalar və elektromaqnit sahələri mənbəyi kimi təsiri problemi həmişə ön plana çəkilir. "ICTnews" Elektron Xəbər Xidmətinin apardığı araşdırmalara görə, qüvvədə olan sanitar-gigiyenik normativlər kompüter texnikasının yerləşdirildiyi otaqlara və onların istismarına qarşı müəyyən tələblərə əməl olunmasını nəzərdə tutur. Kompüter olan otaqlar təbii və süni işıqlanma ilə təmin olunmalı, otaq zirzəmidə yerləşməməli, optimal temperatur +20°C olmalıdır. Kompüterdən istifadə edənlər normal sanitar-erqonomik tələblərə də riayət etməlidirlər. Belə ki, boyun-çiyin və bel əzələlərinin gərginliyini azaltmaq məqsədi ilə rahat qoltuqlu kürsüdən (kreslo) istifadə edilməli, operatorun gözləri ilə monitor arasındakı optimal məsafə 60-70 sm, amma 50 sm –dən yaxın olmamalıdır. Kompüterdə işləyən hər bir şəxs fiziki amillərdən başqa, psixiki-neyrofizioloji amillərə də məruz qalır. Odur ki, xeyli əqli (zehni) gərginlik və diqqətin yüksək dərəcədə toplanmasını tələb edən yaradıcılıqla məşğul olanlar, o cümlədən jurnalistlərin iş yerləri bir-birindən 1,5-2 m hündürlüyündə arakəsmə ilə ayrılmalıdır. Əsəbi-emosional gərginliyi, gözlərin yorulmasını azaltmaq məqsədi ilə iş günü ərzində hər 2 saatdan bir 15 dəqiqə müddətinə qısa fasiləyə çıxmaq məqsədəuyğundur. Kompüterdə çalışan şəxslər orqanizmin immunitetini artırmaq üçün qidalanmaya da diqqət yetirməlidirlər. Xüsusən elektromaqnit radiasiyasının təsirindən qorunmağa selen, A və E vitaminləri kömək edir. Kompüterlə işləyənlərin gündəlik rasionlarında meyvə-tərəvəz üstünlük təşkil etməlidir. Gün ərzində çoxlu su qəbul edilməsi də tövsiyə olunur.Həqiqət İSABALAYEVA
Baxış sayı: 1181
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır