12px13px15px17px
Tarix:13/01/16

Mobil telefon seçimində hansı məsələlər diqqətdə saxlanılmalıdır?

 Azərbaycanda mobil telefon bazarı genişlənir, ölkəyə gətirilən mobil telefon modellərinin sayı günü-gündən artır. Belə bir məqamda bütün istifadəçilər mobil telefon seçimində bəzi məsələləri diqqətdə saxlamalıdırlar.
 
"ICTnews" Elektron Xəbər Xidmətinə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən (ASİHMDX) bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, satıcı istehlakçıya öz təşkilatının adı, ünvanı və iş rejimi barədə məlumatları verməli və göstərilmiş bu məlumatları mağaza lövhəsində yerləşdirməlidir. Əgər sadalanan məlumatlar mağaza lövhəsində yerləşdirilməyibsə, mağaza əməkdaşlarından mağazanın tam adı və hüquqi ünvanı öyrənilməlidir.
 
Belə məlumatları təqdim etməyən mağazadan mobil telefon alınması məsləhət görülmür. Mobil telefonun keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə da diqqət yetirilməlidir.
 
Belə ki, mobil telefonların  müvafiq sənədləri, o cümlədən  pasportu, zəmanət talonu və uyğunluq sertifikatı olmalıdır. Həmçinin mobil telefon haqda zəruri və ətraflı məlumatların verilməsi də tələb edilməlidir. Keyfiyyətli telefon müvafiq sertifikata malik olmalıdır.
 
Eyni zamanda, saxta telefonları orijinal telefonlardan ayırd etməyə imkan verəcək digər bir üsul telefonun fərdi nömrəsi, mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə - IMEI (International Mobile Equipment Identification) kodunun yoxlanmasıdır.
 
 
 Belə ki, telefonun korpusunda yazılmış IMEI kodla qablaşdırma və ya batareyanın akkumulyatorunun altında göstərilmiş IMEI kodlar üst-üstə düşmürsə, bu telefonun orijinal olmadığının göstəricisidir.
 
Bundan başqa, satıcı mal ilə birlikdə istehlakçıya müvafiq sənədləri də təqdim etməlidir. Buraya, kassa çeki, istehsalçı tərəfindən müəyyən edilmiş ləvazimat komplekti və sənədlər, zəmanət talonu daxildir. Telefonda hər hansı qüsur aşkarlandıqda ilk növbədə zəmanətli servis mərkəzinə və ya satıcıya müraciət etmək lazımdır.
 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəxəssisləri müraciətin yazılı təqdim edilməsini və müraciətin çatdırılmasını təsdiq edən imza və ya qəbzin olmasını vacib hesab edir.
 
"Satıcı istehlakçının şifahi və yazılı müraciətlərinə cavab vermirsə, istehlakçının aidiyyəti dövlət orqanları və məhkəməyə müraciət etmə hüququ var" – deyə qurumdan bildirilib.
 
 
 
Ən əsas məqam ondan ibarətdir ki, mobil cihazda istehsal qüsuru aşkar edilərsə, istehlakçı ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb etmə hüququna malikdir.
 
Amma istehlakçı mobil cihazı sındırıbsa və ya içərisini zədələyibsə istehsalçı yaranmış qüsurlara görə heç bir zəmanət məsuliyyəti daşımır. Lakin bu halda da satıcı və ya icraçı ödənişli şərtlə malı təmir etməlidir.
 
Təmirdən qaytarılmış telefonu qəbul edərkən də istehlakçılara diqqətli olmaları və təhvil-təslim sənədlərinin doğru tərtibatına fikir vermələri tövsiyə olunur. Təmir edilmiş mobil telefonun iş qabiliyyəti yoxlanılmalı və istehlakçıya nümayiş etdirilməlidir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Yanvar 2019

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb

21 01 2019

21/01/19
UNEC-də startap müsabiqəsi keçirilib

21 yanvar tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq İqtisadiyyat 

21/01/19
“Toyota” və “Panasonic” elektromobillər üçün akkumulyatorlar istehsal edəcək

Yaponiyanın “Toyota Motor” və “Panasonic” şirkətləri elektromobillər üçün akkumulyatorlar buraxacaq 

21/01/19
Ən yaxşı kameraya malik smartfon bəlli olub

“DxO Mark” şirkətinin mütəxəssisləri “Huawei Mate 20 Pro” smartfonunu sınaqdan keçiriblər və bu cihazı 

21/01/19
“Amazon” şirkəti dünyada İT xərclərinə görə liderdir

Şirkətlər arasında informasiya texnologiyalarına (İT) hamıdan çox investisiya “Amazon” tərəfindən 

21/01/19
Yeni nəsil qeyri-adi qurğular hansılardır?

Qısa Ekspertlər yeni nəsil az tanınan və qeyri-adi qurğuları açıqlayıblar.

21/01/19
“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

Livanın elektronika istehsalçısı “Slighte” şirkəti siqaret çəkməyi atmağa kömək edən “ağıllı” alışqan 

21/01/19
“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan tətbiqlərin adı məlum olub

“Google Play”dən bank kartlarının məlumatlarını oğurlayan mobil proqramların adı məlum olub. Bu haqda 

21/01/19
Honkonqda 4.6 milyard dollar dəyərində avtomobil tuneli istifadəyə verilib

Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib.