12px13px15px17px
Tarix:16/01/16

Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün müvafiq e-xidmətdən istifadə sadələşdirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Elektron Hökumət" Portalına yeni inteqrasiya etdiyi xidmətdən istifadə sadələşdirildi.
 
 
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada əldə etmək mümkündür.
 
 
Ötən ay "Elektron hökumət" portalı üzərindən əhalinin istifadəsinə verilən bu e-xidmət istifadəçiyə aparılmış müayinənin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) barədə məlumat verməyə xidmət edir.
 
 
Bunun üçün aşağdakı sadə qaydalara əməl etmək lazımdır.
 
1.     "Elektron hökumət" portalına daxil olmaq; 
 
2.     Bütün xidmətlər bölməsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi" adlı e-xidmətini seçmək; 
 
3.     Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etmək;
 
 
 
 
 
 
 
 




Baxış sayı: 1582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024