12px13px15px17px
Tarix:10/06/11

Azərbaycanda HTC smartfonlarına tələbat böyükdür

Tayvanın HTC şirkəti Azərbaycan bazarında smartfon və kommunikatorların rəsmi tədarükünü həyata keçirir. "Pro-Vision Communications" şirkətindən bildiriblər ki, Azərbaycanda əlverişli iqtisadi mühit şirkətin gələcək perspektiv planlarını uğurla həyata keçirməyə şərait yaradır. Şirkətdən onu da deyiblər ki, ilkin mərhələ kimi yerli şirkətlər səviyyəsində bazara inteqrasiya məqbul sayılıb.
HTC-nin Rusiya və MDB-dəki nümayəndəliyinin rəhbəri Andrey Kormiltsev açıqlamasında Birlik ölkələri bazarında iştirakla bağlı gələcək planlardan danışıb.
Onun sözlərinə görə, ümimi istisadi böhran şirkətə bir neçə modeli bazara çıxarmaqda əngəllər törətsə də, sonradan vəziyyətin stabilləşməsi onlara yeni imkanlar yaradıb. “Problemin tez aradan qalxması və satışın artması isə bir neçə yeni modeli ortaya qoymağa şərait yaratdı” - deyə o bildirib.



Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024