Tarix:18/01/16
Qeyd edək ki, telefonun çəkiliş haqqı 30 manatdır. “585” xidmətinin istifadəçiləri ayda 15 manat ödəniş etməklə daşınan telefonla respublikanın bütün ərazisində (Naxçıvan MR istisna olmaqla) limitsiz danışıq apara bilər. Yalnız beynəlxalq və mobil şəbəkə istiqamətlərində zənglər istisnadır. Bu xidmətin tətbiqi ilə “şəhər-kənd” arasında rəqəmsal fərq tamamilə aradan qaldırılır. Vətəndaşlar bu xidmətin tətbiq edildiyi rayonların Telekommunikasiya qovşaqlarının abunə şöbələrinə yaxınlaşıb müraciət etməklə telefon çəkdirə bilər.
“585” prefiksi ilə 10 min nömrə resursu ayrılıb. Abunəçilər adi qaydada internet şəbəkəsinə qoşularaq bütün multimedia, o cümlədən internet və IP TV xidmətlərindən yararlana bilərlər.
Xatırladaq ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
RƏVAN
Bütün regionların əhalisi “Daşınan şəhər telefon xidməti”ndən istifadə edə biləcək
Respublikanın bölgələrindən Bakıya və digər rayonlara pulsuz və limitsiz zəng etmək imkanı yaradan “585” – “Daşınan şəhər telefon xidməti” bütün rayonlarda tətbiq ediləcək. Bu xidmətə ötən ilin mart ayında başlanılsa da, regionlarda Elektron Avtomat Telefon Stansiyaları (EATS) müxtəlif olması səbəbindən bütün bölgələrin sakinləri bəhrələnə bilməyib. Yaxın vaxtlarda müvafiq avadanlıq qurulmaqla proqram təminatında dəyişiklik ediləcək. Bununla bağlı istehsalçı şirkətlə danışıq aparılaraq texniki şərtlər verilib. Qısa müddətdə proqram təminatında dəyişiklik edildikdən sonra xidmətə Biləsuvar, Cəbrayıl (Məcburi köçkün şəhərciyi), Füzuli, Gədəbəy, Qəbələ, Qobustan, Saatlı, Siyəzən, Tərtər, İmişli, İsmayıllı, Lerik, Yardımlı, Neftçala və Zərdab rayon mərkəzləri də qoşulacaq. Daha sonra bu siyahıya kəndlər də əlavə ediləcək.Qeyd edək ki, telefonun çəkiliş haqqı 30 manatdır. “585” xidmətinin istifadəçiləri ayda 15 manat ödəniş etməklə daşınan telefonla respublikanın bütün ərazisində (Naxçıvan MR istisna olmaqla) limitsiz danışıq apara bilər. Yalnız beynəlxalq və mobil şəbəkə istiqamətlərində zənglər istisnadır. Bu xidmətin tətbiqi ilə “şəhər-kənd” arasında rəqəmsal fərq tamamilə aradan qaldırılır. Vətəndaşlar bu xidmətin tətbiq edildiyi rayonların Telekommunikasiya qovşaqlarının abunə şöbələrinə yaxınlaşıb müraciət etməklə telefon çəkdirə bilər.
“585” prefiksi ilə 10 min nömrə resursu ayrılıb. Abunəçilər adi qaydada internet şəbəkəsinə qoşularaq bütün multimedia, o cümlədən internet və IP TV xidmətlərindən yararlana bilərlər.
Xatırladaq ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
RƏVAN
Baxış sayı: 707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır