12px13px15px17px
Tarix:19/01/16

Telekommunikasiyanın Standartlaşdırılması üzrə Məsləhətçi Qrupun növbəti görüşü keçiriləcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiyanın Standartlaşdırılması üzrə Məsləhətçi Qrupunun növbəti görüşü keçiriləcək.

Sayca dördüncü olan bu müşavirə 1-5 fevral 2016-cı il tarixlərində Cenevrədə baş tutacaq. BTİ-nin yaydığı məlumata görə,  görüşdə təklif edilmiş Standartlaşdırma Strategiyası üzrə müzakirələr aparılacaq.

Həmçinin tədqiqat qrupu strukturunun prinsipləri, təhlükəsizlik və məxfilik haqqında hesabat və s. kimi məsələlər müşavirənin əsas müzakirə mövzularına daxildir.

 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024