12px13px15px17px
Tarix:22/01/16

Dünya İqtisadi Forumu: “2020-ci ilə daha 1.5 milyard nəfərin internetə çıxışı təmin edilməlidir”

20-23 yanvar tarixlərində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuş BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının davamlı inkişaf naminə xüsusi sessiyasında internetə çıxışı olmayan daha 1.5 milyard nəfərin şəbəkəyə qoşulması ilə əlaqədar yeni qlobal dialoq başladılıb.

Əsas məqsəd genişzolaqlı qoşulmalar məsələsinə təkan vermək və onu qlobal gündəliyin əsas prioritetləri sırasına daxil etmək təklifi ilə dünya liderlərinə müraciət etməkdir. İlk dəfə dünya liderlərinin əksəriyyəti milli inkişaf naminə genişzolaqlı rabitənin son dərəcə vacibliyini təsdiq ediblər və genişzolaqlı rabitənin ümumi inkişaf konsepsiyası ətrafında birləşiblər.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən komissiyanın işinə töhfə kimi hazırlanmış və sessiyada təqdim edilmiş yeni sənəddə deyilir ki, internetə çıxışı olmayan daha 1.5 milyard nəfərin şəbəkəyə qoşulması üçün şəbəkə infrastrukturuna 450 milyard ABŞ dolları məbləğində sərmayə yatırmaq lazımdır.

"2020-ci ilə daha 1.5 milyard nəfərin internetə çıxışının təmini üçün səyləri birləşdirək" adlı birgə bəyanatın qəbulu ilə sessiyanın işi yekunlaşdırılıb.

Bəyanata əsasən, hazırda yalnız 3,2 milyard nəfər internetə çıxışa malikdir, 4.2 milyard nəfər isə hələ də internetsiz yaşayır.

BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə internetin nüfuzetmə səviyyəsi 10%-dən aşağıdır.

Birgə bəyanatda 2020-ci ilədək dünya əhalisinin 60 faizinin internetə qoşulması ilə bağlı razılaşdırılmış qlobal səylər üzrə öhdəçilik nəzərdə tutulub.

Emil Hüseynov



Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024