Tarix:23/01/16
Texnologiyalar
Dünya üzrə 100 ən böyük proqram təminatı istehsalçısından 80-i öz məhsullarına kompüter təlimi, nitqin tanınması texnologiyalarını inteqrasiya edəcək. Bu, 2015-ci illə müqayisədə 25 daha yüksək göstəricidir.
2016-cı ilin sonuna inkişaf etmiş ölkələrdə İT mütəxəssis vəzifəsində işləyən qadınların sayı informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin ümumi sayının 25%-dən az hissəsini təşkil edəcək. Bu, 2015-ci ilin göstəricisinə, demək olar uyğundur, bəlkə də bir az aşağıdır.
2016-cı ildə mobil onlayn ödənişləri üzrə daimi istifadəçilərin sayı 150% yüksələrək 50 milyona yaxınlaşa bilər. Mobil ticarət riteyler mağazalarına sayt ziyarətçiləri arasında mobil qurğuların populyarlığı sayəsində satış həcmini artırmaq imkanı yaradır.
KİV və əyləncə sahəsi
Reklam bloklayan proqramlar çıxarıldıqdan sonra satış üzrə rekorda imza atmışdılar. Ancaq indi bu tip proqramlara maraq azalıb. Gözləntilərə görə, 2016-cı ilin sonunda mobil qurğu sahiblərinin yalnız 0,3%-i reklam bloklayan proqramlardan istifadə edəcəklər.
2016-cı ildə smartfon və planşetlər aparıcı oyun platformasına çevrilərək proqram təminatının satışından təxminən 35 milyard dollar məbləğində gəlir gətirəcək ki, bu da 2015-ci illə müqayisədə 20 faiz yüksəkdir.
Kiberidmanın populyarlığı 25 faiz artacaq, bu bazarın həcmi 500 milyon dollar təşkil edəcək.
Telekommunikasiya
Cari ilin sonuna saniyədə 1 qiqabit sürətə malik internet qoşulmaların sayı 10 dəfə artaraq 10 milyona yaxınlaşacaq. Proqnoza görə, 2020-ci ilə təxminən 600 milyon abunəçi 1 Qbit/san tarif təklif edən şəbəkələrə qoşulacaq.
2016-cı ildə internetdə 2.5 trilyon şəkil yerləşdiriləcək ki, bu da ötən illə müqayisədə 15 faiz daha yüksəkdir. Ehtimal ki, bu şəkillərin 90 faizdən çoxu smartfonla çəkiləcək.
2016-cı ildə inkişaf etmiş ölkələrdə smartfon istifadəçilərinin təxminən 26%-i müəyyən vaxtlarda telefon zəngi etməyəcəklər. Onlar sadəcə ənənəvi telefon zəngini mesaj, SMS, həmçinin səsli rabitə və videoəlaqə ilə əvəz edəcəklər.
Emil Hüseynov
2016-cı ildə texnologiya və telekommunikasiya sahələrində hansı dəyişikliklər gözlənilir?
Beynəlxalq "Deloitte" analitik şirkəti 2016-cı ildə yüksək texnologiya, telekommunikasiya, əyləncə və KİV sahələrinin inkişaf proqnozunu tərtib edib.Texnologiyalar
Dünya üzrə 100 ən böyük proqram təminatı istehsalçısından 80-i öz məhsullarına kompüter təlimi, nitqin tanınması texnologiyalarını inteqrasiya edəcək. Bu, 2015-ci illə müqayisədə 25 daha yüksək göstəricidir.
2016-cı ilin sonuna inkişaf etmiş ölkələrdə İT mütəxəssis vəzifəsində işləyən qadınların sayı informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin ümumi sayının 25%-dən az hissəsini təşkil edəcək. Bu, 2015-ci ilin göstəricisinə, demək olar uyğundur, bəlkə də bir az aşağıdır.
2016-cı ildə mobil onlayn ödənişləri üzrə daimi istifadəçilərin sayı 150% yüksələrək 50 milyona yaxınlaşa bilər. Mobil ticarət riteyler mağazalarına sayt ziyarətçiləri arasında mobil qurğuların populyarlığı sayəsində satış həcmini artırmaq imkanı yaradır.
KİV və əyləncə sahəsi
Reklam bloklayan proqramlar çıxarıldıqdan sonra satış üzrə rekorda imza atmışdılar. Ancaq indi bu tip proqramlara maraq azalıb. Gözləntilərə görə, 2016-cı ilin sonunda mobil qurğu sahiblərinin yalnız 0,3%-i reklam bloklayan proqramlardan istifadə edəcəklər.
2016-cı ildə smartfon və planşetlər aparıcı oyun platformasına çevrilərək proqram təminatının satışından təxminən 35 milyard dollar məbləğində gəlir gətirəcək ki, bu da 2015-ci illə müqayisədə 20 faiz yüksəkdir.
Kiberidmanın populyarlığı 25 faiz artacaq, bu bazarın həcmi 500 milyon dollar təşkil edəcək.
Telekommunikasiya
Cari ilin sonuna saniyədə 1 qiqabit sürətə malik internet qoşulmaların sayı 10 dəfə artaraq 10 milyona yaxınlaşacaq. Proqnoza görə, 2020-ci ilə təxminən 600 milyon abunəçi 1 Qbit/san tarif təklif edən şəbəkələrə qoşulacaq.
2016-cı ildə internetdə 2.5 trilyon şəkil yerləşdiriləcək ki, bu da ötən illə müqayisədə 15 faiz daha yüksəkdir. Ehtimal ki, bu şəkillərin 90 faizdən çoxu smartfonla çəkiləcək.
2016-cı ildə inkişaf etmiş ölkələrdə smartfon istifadəçilərinin təxminən 26%-i müəyyən vaxtlarda telefon zəngi etməyəcəklər. Onlar sadəcə ənənəvi telefon zəngini mesaj, SMS, həmçinin səsli rabitə və videoəlaqə ilə əvəz edəcəklər.
Emil Hüseynov
Baxış sayı: 1489
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır