12px13px15px17px
Tarix:26/01/16

Dünyada qeydiyyatdan keçmiş domenlərin sayı 311 milyonu ötüb

Avropa milli domen qeydiyyatçılarını birləşdirən "CENTR" assosiasiyasının 2015-ci ilin son rübünə olan hesabatına əsasən, dünyada 311.5 milyon domen adı qeydiyyata alınıb ki, onların da 158.7 milyonu "köhnə" domenlərin payına düşür və ".COM" domeni "köhnə" domenlər üzrə liderdir.
 
140.1 milyon domen adı milli domen zonalarında, 10.9 milyon isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib, 1.6 milyon isə milli zonalarda beynəlmiləlləşdirilmiş domenlərin sayıdır.
 
 
"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən xəbər verir ki, məlumata görə, 2015-ci ilin son rübündə Estoniyanın domen adı (.EE) və Çernoqoriyanın domen adı (.ME) Avropada milli  domen adları arasında artım tempinə görə lider olublar.

Məlumat üçün qeyd edək ki, milli domen seqmentində isə indiyədək qeydiyyata alınan domenlərin sayı  24404-ə bərabərdir. Cari ilin əvvəlinə olan məlumata görə, qeydiyyata alınan domenlər arasında birinci səviyyəli ".az" domeni üstünlük təşkil edir.
 
Emil Hüseynov



Baxış sayı: 888

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024