Tarix:26/01/16
"ICTnews" Elektron Xəbər Xidməti "osp.ru" resursuna istinadən yazır ki, M.Minski bir neçə nüfuzlu mükafata, o cümlədən 1969-cu ildə kompüter elmləri sahəsində Tyurinq mükafatına layiq görülüb. Onun 2006-cı ildə buraxılan son "Emosional kompüter" kitabı hiss edə və fikirləşə bilən kompüterlərə həsr edilib.
Harvard Universitetini bitirən ABŞ alimi İkinci Dünya müharibəsi illərində Hərbi Dəniz Donanmasında xidmət edib və 1954-cü ildə ilk "SNARC" neyroşəbəkəsini yaratdığı Priston Universitetində riyaziyyat üzrə namizədlik dərəcəsi alıb.
Sonra M.Minski Massaçusets Texnoloji İnstitutunda dərs deməyə başlayıb və 1958-ci ildə süni intellekt laboratoriyasının təsis edilməsində iştirak edib. O, laboratoriyada kompüterlərdə insanların qavrama və idrak qabiliyyətlərinin yaradılması ilə məşğul olub.1985-ci ildə daşınan qurğular, toxunuş interfeysləri, affekt hesablamalar sahəsində tədqiqatlar aparan "MIT Media Lab" laboratoriyasının həmtəsisçisi kimi çıxış edən alim yaxın vaxtlaradək institutda müəllimlik fəaliyyətini davam etdirib.
Nizam Nuriyev
Süni intellekt yaradıcısı vəfat etdi
Massaçusets Texnoloji İnstitutunun fəxri professoru, süni intellekt sahəsində ilk tədqiqatçı Marvin Minski 88 yaşında vəfat edib."ICTnews" Elektron Xəbər Xidməti "osp.ru" resursuna istinadən yazır ki, M.Minski bir neçə nüfuzlu mükafata, o cümlədən 1969-cu ildə kompüter elmləri sahəsində Tyurinq mükafatına layiq görülüb. Onun 2006-cı ildə buraxılan son "Emosional kompüter" kitabı hiss edə və fikirləşə bilən kompüterlərə həsr edilib.
Harvard Universitetini bitirən ABŞ alimi İkinci Dünya müharibəsi illərində Hərbi Dəniz Donanmasında xidmət edib və 1954-cü ildə ilk "SNARC" neyroşəbəkəsini yaratdığı Priston Universitetində riyaziyyat üzrə namizədlik dərəcəsi alıb.
Sonra M.Minski Massaçusets Texnoloji İnstitutunda dərs deməyə başlayıb və 1958-ci ildə süni intellekt laboratoriyasının təsis edilməsində iştirak edib. O, laboratoriyada kompüterlərdə insanların qavrama və idrak qabiliyyətlərinin yaradılması ilə məşğul olub.1985-ci ildə daşınan qurğular, toxunuş interfeysləri, affekt hesablamalar sahəsində tədqiqatlar aparan "MIT Media Lab" laboratoriyasının həmtəsisçisi kimi çıxış edən alim yaxın vaxtlaradək institutda müəllimlik fəaliyyətini davam etdirib.
Nizam Nuriyev
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır