Tarix:27/01/16
"ICTnews" Elektron Xəbər Xidməti "Payspacemgazine" resursuna istinadən yazır ki, ilin son üç ayında mobil ödənişlərin payı ilk dəfə bütün onlayn ödənişlərin (34 faiz) üçdə bir hissəsini təşkil edib. Bir rüb əvvəl bu göstərici 30 faizdən bir qədər çox olub.
Mobil qurğular vasitəsilə ödənişlərin həyata keçirilməsi tendensiyası, əsasən, Asiya ölkələri sayəsində baş tutur. "JCB", "UnionPay" və "Alipay" kimi ödəniş sistemləri də populyardır. Bununla yanaşı, Yaponiyanın "JCB" sisteminin digər üsullar arasında təhlil edilən mobil ödənişlərdə payı daha çoxdur.
Belə ki, Yaponiya ödəniş sistemində ödənişlərin 54 faizi mobil qurğularla həyata keçirilir. Çinin "UnionPay" və "Alipay" sistemlərində mobil tranzaksiyaların payı müvafiq olaraq 44 və 31 faizə bərabərdir.
Avropaya gəlincə, Böyük Britaniyada onlayn tranzaksiyaların 49 faizi mobil qurğular vasitəsilə edilir. Bu əməliyyatda smartfonların payı 34, planşetlərin isə 15 faizdir.
Mobil ödənişlər, həmçinin Niderland və İsveçdə populyardır.
Niderlandın "iDEAL" sistemi mobil ödənişlərin 49 faizini emal edir. "Open Invoice" (Almaniya və Skandinaviya ölkələri) sistemində tranzaksiyaların 47 faizi, Belçikanın "Bancontact" və Ümumavropa "SEPA" sistemlərində müvafiq olaraq 39 və 22 faizi mobil qurğuların payına düşür.
Ötən ilin dördüncü rübündə smartfonlar ilk dəfə olaraq onlayn tranzaksiya göstəricilərinə görə planşetləri geridə qoyub.
Nizam Nuriyev
Dünyada onlayn tranzaksiyaların üçdə biri mobil qurğularla həyata keçirilib
"Adyen" qlobal ödəniş texnologiyaları provayderi 2015-ci ilin dördüncü rübü üçün mobil ödənişlər bazarında vəziyyətlə bağlı hesabat dərc edib."ICTnews" Elektron Xəbər Xidməti "Payspacemgazine" resursuna istinadən yazır ki, ilin son üç ayında mobil ödənişlərin payı ilk dəfə bütün onlayn ödənişlərin (34 faiz) üçdə bir hissəsini təşkil edib. Bir rüb əvvəl bu göstərici 30 faizdən bir qədər çox olub.
Mobil qurğular vasitəsilə ödənişlərin həyata keçirilməsi tendensiyası, əsasən, Asiya ölkələri sayəsində baş tutur. "JCB", "UnionPay" və "Alipay" kimi ödəniş sistemləri də populyardır. Bununla yanaşı, Yaponiyanın "JCB" sisteminin digər üsullar arasında təhlil edilən mobil ödənişlərdə payı daha çoxdur.
Belə ki, Yaponiya ödəniş sistemində ödənişlərin 54 faizi mobil qurğularla həyata keçirilir. Çinin "UnionPay" və "Alipay" sistemlərində mobil tranzaksiyaların payı müvafiq olaraq 44 və 31 faizə bərabərdir.
Avropaya gəlincə, Böyük Britaniyada onlayn tranzaksiyaların 49 faizi mobil qurğular vasitəsilə edilir. Bu əməliyyatda smartfonların payı 34, planşetlərin isə 15 faizdir.
Mobil ödənişlər, həmçinin Niderland və İsveçdə populyardır.
Niderlandın "iDEAL" sistemi mobil ödənişlərin 49 faizini emal edir. "Open Invoice" (Almaniya və Skandinaviya ölkələri) sistemində tranzaksiyaların 47 faizi, Belçikanın "Bancontact" və Ümumavropa "SEPA" sistemlərində müvafiq olaraq 39 və 22 faizi mobil qurğuların payına düşür.
Ötən ilin dördüncü rübündə smartfonlar ilk dəfə olaraq onlayn tranzaksiya göstəricilərinə görə planşetləri geridə qoyub.
Nizam Nuriyev
Baxış sayı: 1157
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib