12px13px15px17px
Tarix:27/01/16

Yüksək Texnologiyalar Parkında innovativ layihələrin dəstəklənməsi diqqət mərkəzində saxlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında (“YT Park”) hazırda innovasiyalı iqtisadiyyatın inkişafı, biliklərə əsaslanan iqtisadiyyatın qurulması və intellektual biznesin dəstəklənməsinə dair zəruri tədbirlərin görülməsi üçün müvafiq işlər aparılır. Tədbirlər, həmçinin İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi,   xarici investisiyaların cəlb edilməsi, menecment bazasının yaradılması və insan resurslarının inkişafı kimi məsələləri əhatə edir.
 
Yüksək Texnologiyalar Parkında innovativ layihələrin dəstəklənməsi, habelə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.  Bu məqsədlə yaradılmış və Yüksək Texnologiyalar Parkının ilk pilot layihələrindən olan Biznes İnkubasiya Mərkəzi də fəaliyyət göstərməkdədir.  Ümumilikdə Biznes İnkubatorda  layihələrin inkişaf etdirilməsi məqsədilə 190 müraciət daxil olub, onlardan 28 layihə hazırda inkubasiya mərkəzində fəaliyyətini davam etdirir.
 
Eyni zamanda mərkəzdə hər ay bir çox təlimlər və ixtisasartırma kursları da keçirilir. Bu təlim və kursların  əksəriyyəti ödənişsiz qaydada təşkil olunur. Ölkədə İKT sahəsində bir çox beynəlxalq tədbirlər Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində mütəmadi olaraq keçirilməkdədir.
 
Yüksək Texnologiyalar Parkında, həmçinin “Code Academy” layihəsi  ilə birgə  mütəmadi olaraq intensiv proqramlaşdırma təlimləri də keçirilir.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1036

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024