Tarix:28/01/16
"Zəif görən insanların tədrisi kifayət qədər mürəkkəb prosesdir. Biz bu prosesi asanlaşdırmaq üçün dünyada hələ ki analoqu mövcud olmayan elektron dərslik yaratmışıq. Bu halda şagird və müəllim üçün ayrı-ayrı modullar nəzərdə tutulub, yəni tədris zamanı onlar bir-birinə mesaj göndərə bilərlər" – Tümen Dövlət Universitetinin elmi işçisi Aydar Faxrutdinov deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, qurğu "Сиолл" (ingiliscədən tərcümədə “hər şeyi görürəm” deməkdir) adlandırılıb, çünki istənilən formatlı faylları qəbul etmək qabiliyyətinə malikdir. "İstifadəçi fləş kartını elektron dərsliyə daxil etdikdən sonra proqram informasiyanı lazımi formata çevirir və bundan sonra Brayl şriftində işçi paneldə əlçatan olur. Görmə məhdudiyyətli insan bu şriftlərə toxunmaqla onu oxuya bilər. Xüsusi qrifelin köməyi ilə ayrıca paneldə mətn yığmaq olar. Həmçinin musiqi dinləmək mümkündür" – Faxrutdinov deyib.
Tümen Dövlət Universitetinin alimləri bildiriblər ki, növbəti mərhələdə elektron dərsliyin internetə qoşulmasını təmin etmək planlaşdırılıb. Nəticədə zəif görən insanlar şəbəkədə yerləşdirilmiş istənilən materialı əldə edə bilərlər.
Emil Hüseynov
Görmə məhdudiyyətli insanlar üçün dünyada ilk elektron dərslik yaradılıb
Rusiyalı alimlər zəif görən insanlar üçün dünyada ilk elektron dərslik yaradıblar."Zəif görən insanların tədrisi kifayət qədər mürəkkəb prosesdir. Biz bu prosesi asanlaşdırmaq üçün dünyada hələ ki analoqu mövcud olmayan elektron dərslik yaratmışıq. Bu halda şagird və müəllim üçün ayrı-ayrı modullar nəzərdə tutulub, yəni tədris zamanı onlar bir-birinə mesaj göndərə bilərlər" – Tümen Dövlət Universitetinin elmi işçisi Aydar Faxrutdinov deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, qurğu "Сиолл" (ingiliscədən tərcümədə “hər şeyi görürəm” deməkdir) adlandırılıb, çünki istənilən formatlı faylları qəbul etmək qabiliyyətinə malikdir. "İstifadəçi fləş kartını elektron dərsliyə daxil etdikdən sonra proqram informasiyanı lazımi formata çevirir və bundan sonra Brayl şriftində işçi paneldə əlçatan olur. Görmə məhdudiyyətli insan bu şriftlərə toxunmaqla onu oxuya bilər. Xüsusi qrifelin köməyi ilə ayrıca paneldə mətn yığmaq olar. Həmçinin musiqi dinləmək mümkündür" – Faxrutdinov deyib.
Tümen Dövlət Universitetinin alimləri bildiriblər ki, növbəti mərhələdə elektron dərsliyin internetə qoşulmasını təmin etmək planlaşdırılıb. Nəticədə zəif görən insanlar şəbəkədə yerləşdirilmiş istənilən materialı əldə edə bilərlər.
Emil Hüseynov
Baxış sayı: 1241
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır