Tarix:20/09/11
Onun sözlərinə görə, Meksika ilə bu sahədə memorandum ötən il imzalanıb ki, bu da Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Meksikadakı səfirliyinin sıx əməkdaşlığı nəticəsində meydana gəlib.
"Meksika bazarı kifayət qədər iri və rəqabətlidir. Əgər həmin bazara öz məhsulumuzu ixrac edə bilsək, o zaman bu, əhəmiyyətli göstərici olar. Azərbaycan öz İT-məhsullarının Meksika bazarına tədarükündə maraqlıdır və bu məsələdə nikbindir", - Bayramov deyib.
Mütəxəssisin fikrincə, Meksika bu il "BakuTel-2011" sərgisinin işində öz milli stendi ilə iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, sərgi Meksika şirkətlərinin məhsullarının təqdimatı və yerli istehsalçıların məhsulu ilə yerində tanış olmaq üçün mühüm rol oynayacaq.
"Azərbaycan şirkətlərinin Meksika bazarına çıxışı birbaşa İT-şirkətlərin özləri arasındakı danışıqlar hesabına mümkün olacaq. Hesab edirəm ki, sərgi çərçivəsində bu istiqamətdə müəyyən nəticələr əldə olunacaq", - o deyib.
Azərbaycan və Meksika arasında İKT sahəsində əməkdaşlığa dair memorandum 2010-cu ilin oktyabrında Beynəlxalq Telekomunikasiya İttifaqının (ITU) səlahiyyətli konfransında imzalanıb.
Azərbaycan İT-məhsullarının Meksikaya ixracında maraqlıdır
Azərbaycan Meksika bazarına İT-məhsullarının ixracında maraqlıdır. Bunu jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov deyib.Onun sözlərinə görə, Meksika ilə bu sahədə memorandum ötən il imzalanıb ki, bu da Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Meksikadakı səfirliyinin sıx əməkdaşlığı nəticəsində meydana gəlib.
"Meksika bazarı kifayət qədər iri və rəqabətlidir. Əgər həmin bazara öz məhsulumuzu ixrac edə bilsək, o zaman bu, əhəmiyyətli göstərici olar. Azərbaycan öz İT-məhsullarının Meksika bazarına tədarükündə maraqlıdır və bu məsələdə nikbindir", - Bayramov deyib.
Mütəxəssisin fikrincə, Meksika bu il "BakuTel-2011" sərgisinin işində öz milli stendi ilə iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, sərgi Meksika şirkətlərinin məhsullarının təqdimatı və yerli istehsalçıların məhsulu ilə yerində tanış olmaq üçün mühüm rol oynayacaq.
"Azərbaycan şirkətlərinin Meksika bazarına çıxışı birbaşa İT-şirkətlərin özləri arasındakı danışıqlar hesabına mümkün olacaq. Hesab edirəm ki, sərgi çərçivəsində bu istiqamətdə müəyyən nəticələr əldə olunacaq", - o deyib.
Azərbaycan və Meksika arasında İKT sahəsində əməkdaşlığa dair memorandum 2010-cu ilin oktyabrında Beynəlxalq Telekomunikasiya İttifaqının (ITU) səlahiyyətli konfransında imzalanıb.
Baxış sayı: 2081
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı