12px13px15px17px
Tarix:20/09/11

Azərbaycan Kubaya İT-məhsulların tədarükü üçün güzəştli şərtlər gözləyir

Güzəştli şərtlərin olması və nəqliyyat xidməti tariflərinin minimuma endirilməsi Azərbaycanın İT məhsullarının Kuba bazarına nəqlində müsbət rol oynayacaq. Bunu bazar ertəsi jurnalistlərə nazirliyin beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov deyib.

Bayramovun sözlərinə görə, Kubada avadanlıqların idxalı ilə xüsusi agentlik məşğul olur. Kuba nümayəndələri yerli İT məhsulları ilə hələ "BakuTel-2010" sərgisində tanış olublar. Həmin ölkəyə kompüterlərin sınaq üçün nəqli ötən il həyata keçirilib.

Mütəxəssisin fikrincə, qiymət amili avadanlıqların Kubaya göndərilməsində mühüm rol oynayır. Kuba bazarı müəyyən mənada bağlıdır və hökumətin siyasəti daxili bazarın və milli istehsalçıların maraqlarının qorunmasına yönəlib.

"Bu istiqamətdə danışıqlar davam edir və güzəştli şərtlər qəbul edilsə və nəqliyyat xidmətləri minimum tarifə kimi aşağı salınsa, onda Azərbaycan şirkətləri Kuba bazarına kompüter texnikası və proqram təminatı göndərə bilər. Həmin ölkədə istehsal xətti təşkil etmək üçün müştərək müəssisələrin təşkil olunması da müzakirə mövzusudur", - Bayramov deyib.

Kuba ilə İKT sahəsində əməkdaşlıq imkanları Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Kuba İnformatika və Rabitə Nazirliyi arasında 2010-cu ilin oktyabr ayında imzalanmış sazişlə razılaşdırılıb.

Ümumi xarakter daşıyan sənədin məqsədi Azərbaycan şirkətlərinin bu ölkə ilə konkret layihələrdə gələcək əməkdaşlıq imkanlarını müəyyənn etməkdir. Eyni zamanda, saziş Kuba bazarında Azərbaycan yüksək texnologiya məhsullarının nümayişi baxımından da qarşılıqlı köməyə yol açmağa yönəlib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ötən il Kubaya səfəri zamanı Azərbaycan tərəfi bu ölkənin hökumətinə ali və orta təhsil məktəblərində istifadə etmək üçün 30-a yaxın portativ stolüstü kompüter təqdim edilib.

Səfərin əsas məqsədi Azərbaycan məhsullarının Kuba bazarında satışı və Azərbaycanın İT şirkətlərinin təhsil sisteminin komputerləşdirilməsi layihələrində iştirak imkanları üçün ölkə bazarı ilə ilkin tanışlıq olub.



Baxış sayı: 1785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024