Tarix:04/02/16
“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Cisco” şirkətinin məlumatına əsasən, 2020-ci ilədək dünyada 5.4 milyard nəfər smartfondan istifadə edəcək. Müqayisə üçün bildirək ki, hesablamalara görə, sözügedən dövrdə 5.3 milyard nəfər elektrik enerjisi, 3.5 milyard nəfər isə sudan istifadə edə biləcək.
Ekspertlər hesab edir ki, istifadədə olan smartfonların sayı cəmiyyətin həyatın bütün aspektlərində bu qurğulardan asılılığını göstərir. Belə ki, “ağıllı” telefonların köməyi ilə zəng etmək, dostlara mesaj göndərmək, məhsul və ya kommunal xidmətlərin haqqını ödəmək olar. Hesabata əsasən, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələrək 366.8 ekzabayt təşkil edəcək.
366.8 ekzabayt – bu, sosial şəbəkələrdə yerləşdirilmiş 81 trilyon şəkil və ya 7 trilyon videoçarxa ekvivalentdir.
2020-ci ilə dünyada 11.6 milyard smartfon hazırlanacaq. Məlumat üçün bildirək ki, 2015-ci ildə bu göstərici 7.9 milyard olub. Həmçinin 2020-ci ilə “5G” rabitə texnologiyası işə salınacaq.
Mobil internetin qlobal orta sürəti saniyədə 6.5 meqabitə yaxınlaşacaq.
Emil Hüseynov
“Cisco”: 2020-ci ilə smartfondan istifadə edənlərin sayı elektrik enerjisi istehlakçılarından çox olacaq
Mobil telefonlardan istifadə genişlənir. “Cisco” şirkətinin araşdırmasına görə, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələcək.“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Cisco” şirkətinin məlumatına əsasən, 2020-ci ilədək dünyada 5.4 milyard nəfər smartfondan istifadə edəcək. Müqayisə üçün bildirək ki, hesablamalara görə, sözügedən dövrdə 5.3 milyard nəfər elektrik enerjisi, 3.5 milyard nəfər isə sudan istifadə edə biləcək.
Ekspertlər hesab edir ki, istifadədə olan smartfonların sayı cəmiyyətin həyatın bütün aspektlərində bu qurğulardan asılılığını göstərir. Belə ki, “ağıllı” telefonların köməyi ilə zəng etmək, dostlara mesaj göndərmək, məhsul və ya kommunal xidmətlərin haqqını ödəmək olar. Hesabata əsasən, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələrək 366.8 ekzabayt təşkil edəcək.
366.8 ekzabayt – bu, sosial şəbəkələrdə yerləşdirilmiş 81 trilyon şəkil və ya 7 trilyon videoçarxa ekvivalentdir.
2020-ci ilə dünyada 11.6 milyard smartfon hazırlanacaq. Məlumat üçün bildirək ki, 2015-ci ildə bu göstərici 7.9 milyard olub. Həmçinin 2020-ci ilə “5G” rabitə texnologiyası işə salınacaq.
Mobil internetin qlobal orta sürəti saniyədə 6.5 meqabitə yaxınlaşacaq.
Emil Hüseynov
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır