12px13px15px17px
Tarix:05/02/16

Dövlət Komitəsi müraciətlərə baxılma işində “Elektron hökumət” portalından faydalanıb

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi müraciətlərə baxılması üzrə "Elektron hökumət" portalından faydalanıb.
 
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə,  komitənin 2015-ci ildəki fəaliyyətinə dair hesabatda qeyd edilir ki, "Elektron hökumət" portalında yaradılmış "Əks əlaqə" sistemi vasitəsilə komitənin fəaliyyət istiqamətləri üzrə təşkil edilmiş elektron xidmətlər üzrə hesabat dövrü ərzində 50-yə yaxın müraciətə baxılıb.
 
Qeyd edək ki, komitə portal üzərindən fəaliyyət sahələri üzrə 27-si interaktiv və 4-ü informativ olmaqla 31 elektron xidmət göstərir.
 
Xatırladaq ki, "Elektron hökumət" portalının "Əks əlaqə" sistemi elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşların xidmət təminatçısı ilə əlaqə yaratmasına, təklif, şikayət və s. xarakterli müraciətləri göndərməsinə imkan yaradır. Dövlət qurumları vətəndaşların e-xidmətlərlə bağlı göndərdikləri müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandıra və xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta bilirlər.
 
CAHANGİR



Baxış sayı: 1666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024