12px13px15px17px
Tarix:08/02/16

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

“Cisco” şirkətinin proqnozuna əsasən, cari ildə ümumdünya şəbəkəsinin internet trafikinin həcmi 1 zettabayt (1 milyard terrabayt) təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, sözügedən şirkətin rəsmisi bildirib ki, 2019-cu ilə bu göstərici 2 zZettabayta yaxınlaşacaq və adambaşına düşən internet istehlakı 18 Qbayt (2014-cü ildə bu göstərici 6 Qbayt təşkil edib) olacaq. Ekspertlər ötürülən informasiyanın həcminin belə kəskin artımını mobil qurğuların populyarlığı ilə izah ediblər.

2019-cu ildə fərdi kompüterlər ümumi verilənlər axınının yarısından az hissəsini generasiya edəcək. Halbuki 2014-cü ildə bu göstərici 60%-ə bərabər olub. Bu, həmçinin internetə qoşulma növlərinə öz təsirini göstərəcək: internet trafikin 66 faizi “Wi-Fi” və digər simsiz şəbəkə üzərindən ötürüləcək.

2014-2019-cu illərdə Afrika və Yaxın Şərqdə internet trafikinin həcmi illik 44% artacaq. Mərkəzi və Şərqi Avropada müvafiq göstərici 33% təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 1512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024