12px13px15px17px
Tarix:09/02/16

Elektron imza sertifikatlarının dekabr, yanvar ayları üzrə statistik göstəriciləri

Elektron imza kartlarından istifadə edənlərin sayı artmaqdadır. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən ilin dekabr ayı üçün dövlət qurumları üzrə 664, fiziki şəxslər üzrə 134, hüquqi şəxslər üzrə isə 248 elektron imza sertifikatı istifadəyə verilmişdir. Cari ilin yanvar ayı ərzində isə bu göstərici dövlət qurumları üzrə 1004, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 224 olub.

1 fevral 2016-cı il tarixinə olan statistikaya əsasən isə dövlət qurumları üzrə 48594, fiziki şəxslər üzrə 15872, hüquqi şəxslər üzrə isə 13820 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə isə bu günə qədər RYTN-nın Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan e-imza sertifikatlarının sayı 78510-a çatıb.

Qeyd edək ki, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza kartları vasitəsilə imzalanmışdır.




Baxış sayı: 1503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Oktyabr 2024

07 10 2024