12px13px15px17px
Tarix:20/09/11

Azərbaycanda rəqəmsal TV-yə keçid sürətləndirilib

Azərbaycanda rəqəmsal televiziya formatına tam keçid 2012-ci ilin sonlarına gözlənilir. Bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Bundan əvvəl tam keçidin 2013-cü ildə baş tutacağı bildirilirdi.

Ə.Abbasov qeyd edib ki, ilin sonunadək rəqəmsal yayım formatına 12 kanal keçiriləcək. Bu istiqamətdə işlər gələn il də mərhələli şəkildə davam etdiriləcək.

Nazirliyin planlarına görə, 2011-ci ilin sonunadək Azərbaycan əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq.

Əhali 11 televiziya kanalından ibarət televiziya paketindən istifadə edəcək, perspektivdə isə 50-60 telekanaldan ibarət kommersiya paketləri təklif olunacq.

Hazırda Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran və yaxın ərazilər rəqəmsal televiziya ilə əhatə olunub. Analoq yayım respublikanı rəqəmsal TV siqnalı ilə tam təmin olunmasından sonra dayandırılacaq.

Rəqəmsal kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Rəqəmsal standarta keçmək üçün  dekoder alınması vacibdir.



Baxış sayı: 2497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024