Tarix:12/02/16
“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2016-cı ildə qlobal mobil əlavələr bazarının həcmi 24 faiz artacaq: bütün əlavələr mağazalarının ümumi gəliri 51 milyard dollara çatacaq. 2020-ci ilədək bütün əlavələr mağazaları üzrə qlobal ümumi gəlir göstəricisinin 101 milyard dolları ötəcəyi gözlənilir.
Proqnoza görə, iri bazarların, o cümlədən ABŞ, Yaponiya və Çinin əlavə gəlirlərində ümumi müsbət dinamikada əsas rol oynamasına baxmayaraq Hindistan, İndoneziya, Meksika və Argentina kimi sürətlə inkişaf edən bazarlar böyük imkanlar açacaq.
Şirkət analitiklərinin qiymətləndirməsinə görə, 2015-ci ilin əvvəlində tədarük həcminə görə irəliyə çıxan Çin bu ilin birinci rübündə əlavələr mağazalarının ümumi gəlir göstəricisi üzrə ABŞ-ı geridə qoyacaq.
Bununla yanaşı, gəlir və istifadə göstəriciləri 2015-ci ildə Argentina və Braziliya kimi ölkələrdə sürətli artımla təsdiq edilən böhran şəraitində dayanıqlıq əlamətləri nümayiş etdirir. Bu vəziyyət smartfon və əlavələr bazarının 2008-2010-cu illərdə yaşadığı dayanıqlıq dövrünü xatırladır.
Nizam Nuriyev
Mobil əlavələr bazarının həcmi 2016-cı ildə 24 faiz artacaq
“App Annie” şirkəti mobil əlavələr bazarının inkişafı üzrə ilk hesabatını təqdim edib. Yeni hesabat sayəsində müəssisə, investor və əlavə tərtibatçıları yaxın beş il üçün qlobal imkanlar barədə proqnozla bağlı məlumat əldə edəcəklər.“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2016-cı ildə qlobal mobil əlavələr bazarının həcmi 24 faiz artacaq: bütün əlavələr mağazalarının ümumi gəliri 51 milyard dollara çatacaq. 2020-ci ilədək bütün əlavələr mağazaları üzrə qlobal ümumi gəlir göstəricisinin 101 milyard dolları ötəcəyi gözlənilir.
Proqnoza görə, iri bazarların, o cümlədən ABŞ, Yaponiya və Çinin əlavə gəlirlərində ümumi müsbət dinamikada əsas rol oynamasına baxmayaraq Hindistan, İndoneziya, Meksika və Argentina kimi sürətlə inkişaf edən bazarlar böyük imkanlar açacaq.
Şirkət analitiklərinin qiymətləndirməsinə görə, 2015-ci ilin əvvəlində tədarük həcminə görə irəliyə çıxan Çin bu ilin birinci rübündə əlavələr mağazalarının ümumi gəlir göstəricisi üzrə ABŞ-ı geridə qoyacaq.
Bununla yanaşı, gəlir və istifadə göstəriciləri 2015-ci ildə Argentina və Braziliya kimi ölkələrdə sürətli artımla təsdiq edilən böhran şəraitində dayanıqlıq əlamətləri nümayiş etdirir. Bu vəziyyət smartfon və əlavələr bazarının 2008-2010-cu illərdə yaşadığı dayanıqlıq dövrünü xatırladır.
Nizam Nuriyev
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır