12px13px15px17px
Tarix:13/02/16

Dünya 2025: 9 il sonra üçün proqnoz

Aviasiya mühəndisi, dünyanın ilk kosmik "Space Adventures" turizm müəssisəsinin təsisçisi, asteroidlərin sənaye baxımından mənimsənilməsi üzrə texnologiyaların hazırlanması üzrə "Planetary Resources" şirkətinin həmtəsisçisi, eləcə də kosmosun və qabaqcıl texnologiyaların inkişafı ilə bağlı digər çoxsaylı layihələrin təsisçisi və təşkilatçısı Piter Diamandis 2025-ci ildə şahidi ola biləcəyimiz texnologiyalarla bağlı proqnoz tərtib edib.

1.   1000 dollarlıq insan beyni 










2025-ci ildə saniyədə 10 000 trilyon əməliyyatı yerinə yetirə bilən kompüter icad ediləcək. Bu sürət insan beyninin informasiya emalı sürətinə bərabərdir. Kompüterin qiyməti 1000 dollar təşkil edəcək.
 
2. "Hər şey üçün internet"










"Hər şey üçün internet" qlobal iqtisadiyyatı yeni səviyyəyə çıxaracaq: coğrafi sərhədlər yox olacaq və Yer kürəsinin müxtəlif guşələrindən insanlar onlayn layihələr üzərində reallıqda olduğu kimi, məhsuldar işləyə biləcəklər. 2025-ci ilədək "Hər şey üçün internet"ə məlumat toplayan cihazlı 100 milyard qoşulmuş qurğu daxil olacaq. "Cisco" şirkətinin proqnozuna görə, meqainternet 19 trilyon dolları generasiya edəcək.

3.   Mükəmməl bilik 







Dünyada informasiya toplayan trilyon cihazın (sürücüsüz avtomobillər, peyk sistemləri, pilotsuz uçan aparatlar, daşınan kameralar) köməyi ilə siz istənilən vaxt və istənilən yerdə lazım olan hər şeyi öyrənə biləcəksiniz. Biz mükəmməl bilik dünyasına doğru hərəkət edirik.

4.   8 milyard bir-biri ilə sıx bağlı insan 


"Facebook" (Internet.org), "SpaceX", "Google (Loon layihəsi), "Qualcomm" və "Virgin" (OneWeb) şirkətləri Yerdə hər bir insanı saniyədə 1 meqabit sürətində qlobal internetlə təmin etməyi planlaşdırırlar. Səkkiz milyard insan ən müasir kommunikasiya vasitələri ilə bir-birinə bağlanacaq. Hazırda qlobal şəbəkədən kənar qalan insanlar "Google" informasiyasından, 3D çapdan, "Amazon" servislərindən istifadə edə biləcək.

5.   Səhiyyədə dönüş







Mövcud səhiyyə müəssisələri məhv olmaq təhlükəsi ilə üzləşəcək, çünki daha effektiv sahələr yaranacaq. Minlərlə startap, eləcə də hazırkı məlumat nəhəngləri  (Google, Apple, Microsoft, SAP, IBM və s.) səhiyyənin yeni gəlirli (3,8 trilyon dollar) sahəsinə yeni biznes modelləri ilə daxil olacaqlar. Bu, bürokratik klinika və xəstəxanaların fəaliyyətinə son qoyacaq.

Biometrik zondlaşdırma hamını öz sağlamlığının sahibinə çevirəcək. Gen mühəndisliyində irəliləyiş və müasir aparatlar sayəsində biz xərçəngin, ürək xəstəliklərinin və neyrodegenerativ xəstəliklərin səbəbini anlaya və onları müalicə edə biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları aparacaq və bu, daha effektiv və ucuz başa gələcək. Hamımız lazım olan vaxtda donoru gözləmədən ürək, qaraciyər, ağciyər və ya böyrək yetişdirə biləcəyik.

6.   Əlavə və virtual reallıq







"Facebook" (Oculus), "Google" (Leap magiyası), "Microsoft" (Hololens), "Sony", "Qualcomm", "HTC" və digər şirkətlər tərəfindən yatırılan milyardlarla dollar boş yerə sərf olunmayacaq. Yeni nəsil istifadəçi interfeys və displeyləri yaranacaq. Adət etdiyimiz smartfon, kompüter və televizor ekranları yox olaraq onları eynəklər əvəz edəcək. Bunlar "Google Glass" və hazırda "hipster"lərin geyindiyi eynəklər kimi olacaq. Bu, bir sıra sahələrdə, o cümlədən təhsil, səyahət və əyləncədə kütləvi pozuntulara səbəb olacaq. 

7.   Uşaqlıq 









Bəşəriyyət süni intellektin hazırlanmasını davam etdirəcək. Siz hazırda "Siri" texnologiyasının ən mükəmməl texnologiya olmasını düşünürsüzsə, 10 ildən sonra "Dəmir adam"dan həqiqi Carvisi görəcəksiniz. "IBM Watson", "DeepMind" və "Vicarious" şirkətləri sizin biometrik məlumatlarınızı skan edəcək, poçtunuzu oxuyacaq və danışıqlarınızı dinləyəcək güclü köməkçi hazırlayacaqlar və bu, çox rahat olacaq.  

8.   Blokçeyn 








Çox güman, hamınızın "Bitcoin" - təhlükəsiz mərkəzləşməmiş kriptovalyuta haqqında məlumatı var. Lakin innovasiya elektron valyuta yox, vasitəçilər olmadan aktivlərin ötürülməsini birbaşa və təhlükəsiz ötürən blokçeyn protokoludur. Mark Andrisen kimi sərmayədarlar üçün elektron valyutanın tətbiqi internetin kəşfi kimi vacib kəşfdir.


Nizam Nuriyev 
 
 



Baxış sayı: 1317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Oktyabr 2024

04 10 2024