Tarix:10/06/11
Tədqiqatlar göstərib ki, sözügedən xidmət çərçivəsində bütün şirkətlərin verilənlərin yerləşdirilməsi üçün nəzərdə tutulan serverləri Azərbaycan ərazisində yerləşdirilib. Bütün şirkətlər məlumatların yüksək səviyyəli təhlükəsizliyini təmin edir.
“Caspian Navitel” qurğusunun daxili yaddaşı 3,6 min ismarıc, “A+A” – 2,3 min ismarıc, “Matrix” – 7,5 mindən çox ismarıc saxlaya bilər. “Matrix” və “A+A” qurğuları yedəkləmənin aşkarlanması funksiyasına malikdir.
“Caspian Navitel” şirkəti Rusiyanın “Omnikom” şirkətinin, “A+A – Mobiliz” şirkətinin (Türkiyə), “Matrix - Wialon-Gurtam” şirkətinin (Belarus) proqram təminatını tətbiq edir. Əgər “Caspian Navitel” və “A+A” şirkətlərinin təklif etdiyi proqram təminatında yalnız ingilis və rus dilləri istifadə olunursa, “Matrix” şirkəti Azərbaycan dili daxil olmaqla 12 dilli interfeys təqdim edir. Bu şirkətlər arasında yalnız “Matrix” plan texniki xidmət və marşrutlar modulunu (xüsusən reys nəqliyyatı üçün) təklif edir.
Ən uzun (sürətli yaddaş) saxlama müddətini “Matrix” təqdim edir – 2 il və müştərinin istəyilə bu müddət bir neçə dəfə artırıla bilər. “Caspian Navitel” məlumatları bir il saxlayır, “A+A” isə 3 ay. Araşdırılan şirkətlərdən yalnız “Matrix” marşrutların, geozonun, POİ, hesabatların, tərəf proqramların məlumatlarının ixracı, idxalı kimi xidmətləri təqdim edir. “Martrix” həmçinin yeganə şirkətdir ki, giriş hüquqlarının çoxmərhələli yaratma sistemini, tərəf proqramlarının (ActiveX) dəstəklənməsini, motosaatların real hesablanmasını təqdim edir. “Caspian Navitel” və “A+A” şirkətlərindən fərqli olaraq “Matrix” şirkətinin çevik billinq sistemi var.
Maraqlıdır ki, “Matrix” şirkəti bütün Azərbaycan üzrə avadanlığın pulsuz quraşdırılması xidmətini təqdim edir, “A+A” və “Caspian Navitel” isə regionlarda quraşdırılma üçün əlavə ödəniş tələb edir.
Operatorların üçü də peyk monitorinqi üçün “Azercell” rabitə sistemlərindən istifadə edir. Verilənlərin ötürülməsi “Azercell”in GPRS texnologiyası əsasında həyata keçirilir.
Avadanlığın bir nəqliyyat vasitəsində işləməsi üçün aylıq ödəniş operatorların hamısında 15 AZN-ə qədərdir.
Peyk monitorinqi üzrə operatorların hamısı əlavə olaraq sürücülərin eyniləşdirilməsi sistemini, sensor vasitəsilə yanacağa nəzarət sistemini, sürücü ilə əlaqə, oxa düşən təzyiqə nəzarət, istilik sensoru, qapıların açılmasına və təhlükəsizlik kəmərlərinə nəzarət imkanını təklif edir.
Qeyd etmək lazımdır ki, nəqliyyatın peyk monitorinqi peyk naviqasiya sistemləri, mobil və (ya) radio rabitə avadanlıqları və texnologiyası, hesablama texnikası və rəqəmli xəritələr əsasında qurulmuş hərəkət edən obyektlərin monitorinq sistemidir. Nəqliyyatın peyk monitorinqi yüklərin idarəedilməsi sistemlərində və avtoparkın avtomatlaşdırılmış idarəedilməsi sistemlərində nəqliyyat logistikası məsələlərinin həlli üçün istifadə olunur.
İş prinsipi nəqliyyat vasitəsinin məkan və zaman koordinatlarının izlənməsindən və təhlil edilməsindən ibarətdir. Monitorinqin iki növü var: online – koordinat məlumatlarının distant ötürülməsi ilə və offline – məlumat yalnız dispetçer nöqtəsinə gəldikdən sonra yoxlanır.
Ötürmə modulu verilənləri mobil rabitə operatorlarının simsiz şəbəkələri vasitəsilə ötürməyə imkan verir. Alınan məlumatlar təhlil edilir və dispetçerə mətn şəklində və ya kartoqrafik məlumatların tətbiqi ilə verilir.
Azərbaycanda avtomobillərin peyk monitorinqi
Simsiz Texnologiyalar Assosiasiyası Azərbaycanda avtomobillərin peyk monitorinqi xidməti bazarının tədqiqatını keçirib. Assosiasiyadan ICTnews-ə bildirilib ki, tədqiqat çərçivəsində “A+A”, “Matrix” və “Caspian Navitel” şirkətlərinin nəqliyyatın peyk monitorinqi üzrə xidmətləri araşdırılıb. Qeyd edək ki, hazırda yalnız bu şirkətlər Azərbaycanda nəqliyyatın peyk monitorinqi üzrə xidmət göstərir.Tədqiqatlar göstərib ki, sözügedən xidmət çərçivəsində bütün şirkətlərin verilənlərin yerləşdirilməsi üçün nəzərdə tutulan serverləri Azərbaycan ərazisində yerləşdirilib. Bütün şirkətlər məlumatların yüksək səviyyəli təhlükəsizliyini təmin edir.
“Caspian Navitel” qurğusunun daxili yaddaşı 3,6 min ismarıc, “A+A” – 2,3 min ismarıc, “Matrix” – 7,5 mindən çox ismarıc saxlaya bilər. “Matrix” və “A+A” qurğuları yedəkləmənin aşkarlanması funksiyasına malikdir.
“Caspian Navitel” şirkəti Rusiyanın “Omnikom” şirkətinin, “A+A – Mobiliz” şirkətinin (Türkiyə), “Matrix - Wialon-Gurtam” şirkətinin (Belarus) proqram təminatını tətbiq edir. Əgər “Caspian Navitel” və “A+A” şirkətlərinin təklif etdiyi proqram təminatında yalnız ingilis və rus dilləri istifadə olunursa, “Matrix” şirkəti Azərbaycan dili daxil olmaqla 12 dilli interfeys təqdim edir. Bu şirkətlər arasında yalnız “Matrix” plan texniki xidmət və marşrutlar modulunu (xüsusən reys nəqliyyatı üçün) təklif edir.
Ən uzun (sürətli yaddaş) saxlama müddətini “Matrix” təqdim edir – 2 il və müştərinin istəyilə bu müddət bir neçə dəfə artırıla bilər. “Caspian Navitel” məlumatları bir il saxlayır, “A+A” isə 3 ay. Araşdırılan şirkətlərdən yalnız “Matrix” marşrutların, geozonun, POİ, hesabatların, tərəf proqramların məlumatlarının ixracı, idxalı kimi xidmətləri təqdim edir. “Martrix” həmçinin yeganə şirkətdir ki, giriş hüquqlarının çoxmərhələli yaratma sistemini, tərəf proqramlarının (ActiveX) dəstəklənməsini, motosaatların real hesablanmasını təqdim edir. “Caspian Navitel” və “A+A” şirkətlərindən fərqli olaraq “Matrix” şirkətinin çevik billinq sistemi var.
Maraqlıdır ki, “Matrix” şirkəti bütün Azərbaycan üzrə avadanlığın pulsuz quraşdırılması xidmətini təqdim edir, “A+A” və “Caspian Navitel” isə regionlarda quraşdırılma üçün əlavə ödəniş tələb edir.
Operatorların üçü də peyk monitorinqi üçün “Azercell” rabitə sistemlərindən istifadə edir. Verilənlərin ötürülməsi “Azercell”in GPRS texnologiyası əsasında həyata keçirilir.
Avadanlığın bir nəqliyyat vasitəsində işləməsi üçün aylıq ödəniş operatorların hamısında 15 AZN-ə qədərdir.
Peyk monitorinqi üzrə operatorların hamısı əlavə olaraq sürücülərin eyniləşdirilməsi sistemini, sensor vasitəsilə yanacağa nəzarət sistemini, sürücü ilə əlaqə, oxa düşən təzyiqə nəzarət, istilik sensoru, qapıların açılmasına və təhlükəsizlik kəmərlərinə nəzarət imkanını təklif edir.
Qeyd etmək lazımdır ki, nəqliyyatın peyk monitorinqi peyk naviqasiya sistemləri, mobil və (ya) radio rabitə avadanlıqları və texnologiyası, hesablama texnikası və rəqəmli xəritələr əsasında qurulmuş hərəkət edən obyektlərin monitorinq sistemidir. Nəqliyyatın peyk monitorinqi yüklərin idarəedilməsi sistemlərində və avtoparkın avtomatlaşdırılmış idarəedilməsi sistemlərində nəqliyyat logistikası məsələlərinin həlli üçün istifadə olunur.
İş prinsipi nəqliyyat vasitəsinin məkan və zaman koordinatlarının izlənməsindən və təhlil edilməsindən ibarətdir. Monitorinqin iki növü var: online – koordinat məlumatlarının distant ötürülməsi ilə və offline – məlumat yalnız dispetçer nöqtəsinə gəldikdən sonra yoxlanır.
Ötürmə modulu verilənləri mobil rabitə operatorlarının simsiz şəbəkələri vasitəsilə ötürməyə imkan verir. Alınan məlumatlar təhlil edilir və dispetçerə mətn şəklində və ya kartoqrafik məlumatların tətbiqi ilə verilir.
Baxış sayı: 1675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır