12px13px15px17px
Tarix:16/02/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının ilk iclası keçirildi

"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının ilk iclası keçirilib.
 
Qeyd edilib ki, ictimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsidir.
 
İclasda daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
 
 



Baxış sayı: 1621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024