Tarix:17/02/16
Başqa İT şirkətləri, həmçinin bu sahədə birinci olmaq istəyirlər. Məsələn, “IBM” korporasiyasının “Watson” layihəsi fitness məşqçi rolunda çıxış edə və televiktorinalarda iştirak edə bilər. Yaxud “Apple” korporasiyası süni intellekt sahəsi üzrə araşdırmalar aparan şirkətləri satın alır, “Microsoft” isə it (həmçinin insan) şəkillərinin tanınması üzrə yeni alqoritmlər yaradır.
“ICTnews” Elektron Xəbər Xidməti “rusbase.com” saytına istinadən yazır ki, “CB Insights” tədqiqat firması Silikon vadisində fəaliyyət göstərən digər şirkətlərin süni intellekt sahəsinə sərmayə yatırımı haqda informasiya dərc edib.
Hesabata əsasən, 2010-cu ildən etibarən 45-dən çox şirkət süni intellekt alqoritmləri üzrə hazırlamalarla məşğul olan startaplara investisiya qoyublar.
2014-cü ilin son rübündə süni intellekt işləmələri üzrə investisiya qoyuluşunun həcmi rekord məbləğ təşkil edib.
2015-ci ildə isə 15 böyük sazişin bağlanması nəticəsində sözügedən sahəyə investisiya yatırımı 128 milyon dollar olub.
Emil Hüseynov
2015-ci ildə süni intellekt sahəsinə 128 milyon dollar məbləğində sərmayə yatırılıb
“Facebook” və “Google” şirkətləri Silikon vadisində süni intellekt sahəsi üzrə lider sayılırlar. Hər iki şirkət bu istiqamətdə külli miqdarda vəsait sərmayə yatırıb, “Facebook” messencerində “M” smart köməkçisi və internet nəhənginin süni intellektə malik çatı kimi layihələrin inkişafı üçün ən yaxşı işçiləri işə götürüb.Başqa İT şirkətləri, həmçinin bu sahədə birinci olmaq istəyirlər. Məsələn, “IBM” korporasiyasının “Watson” layihəsi fitness məşqçi rolunda çıxış edə və televiktorinalarda iştirak edə bilər. Yaxud “Apple” korporasiyası süni intellekt sahəsi üzrə araşdırmalar aparan şirkətləri satın alır, “Microsoft” isə it (həmçinin insan) şəkillərinin tanınması üzrə yeni alqoritmlər yaradır.
“ICTnews” Elektron Xəbər Xidməti “rusbase.com” saytına istinadən yazır ki, “CB Insights” tədqiqat firması Silikon vadisində fəaliyyət göstərən digər şirkətlərin süni intellekt sahəsinə sərmayə yatırımı haqda informasiya dərc edib.
Hesabata əsasən, 2010-cu ildən etibarən 45-dən çox şirkət süni intellekt alqoritmləri üzrə hazırlamalarla məşğul olan startaplara investisiya qoyublar.
2014-cü ilin son rübündə süni intellekt işləmələri üzrə investisiya qoyuluşunun həcmi rekord məbləğ təşkil edib.
2015-ci ildə isə 15 böyük sazişin bağlanması nəticəsində sözügedən sahəyə investisiya yatırımı 128 milyon dollar olub.
Emil Hüseynov
Baxış sayı: 746
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır