12px13px15px17px
Tarix:20/09/11

“Opera” mobil mağazalar istehsalçısını alacaq

Kompyuter və mobil qurğular üçün səyyah istehsalçısı olan “Opera Software” mobil proqramların satışı üzrə həllər təqdim edən “Handster Inc” şirkətini alacaq. Bu barədə “Opera”nın saytında qeyd olunub.

“Opera Software”-nın baş direktoru Lars Boylsenin sözlərinə görə, şirkət “Handster” hazırlamalarını özünün “Opera Mobile Store” mobil proqramlar mağazasında tətbiq etməyi planlaşdırır.

Mağaza mart ayında açılıb. Mağazada müxtəlif mobil platformalar, həmçinin “iOS”, “Android” və “BlackBerry” üçün proqramlar var. Press-relizdə qeyd edilib ki, xidmət 10 ən böyük mobil proqram mağazası sırasına daxildir.

“Handster Inc” şirkətinin əsası 2004-cü ildə qoyulub, ABŞ və Ukraynada bölmələri var. “Handster”-in yaradıcısı və baş direktoru, “SPDU”-nun (Sankt-Peterburq Dövlət Universiteti) məzunu Viktor Şaburov “Opera Mobile Consumer and Publisher” komandasının rəhbərləri sırasına daxil olacaq. Şirkətin partnyorları arasında “LG”, “Ericsson”, “Huawei” kimi şirkətlər var.



Baxış sayı: 1553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024