Tarix:18/02/16
Statistik rəqəmlər göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu xidməti əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.
"Elektron hökumət" portalında autentifikasiyadan keçərək "İş yerinə dair arayış" e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyatı quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir.
Nazirlikdən bildirilib ki, artıq vətəndaşın bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır.
Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa, onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.
Bu amillərin nəticəsidir ki, "İş yerinə dair arayış" e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən bu günə qədər ümumilikdə 247 min dəfə istifadə qeydə alınıb.
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” portalı üzərindən təqdim olunan “İş yerinə dair arayış” elektron xidmətindən 247 min dəfə istifadə olunub
"Elektron hökumət" portalı üzərindən təqdim olunan "İş yerinə dair arayış" elektron xidmətindən vətəndaşlar cari ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çox faydalanıblar.Statistik rəqəmlər göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu xidməti əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.
"Elektron hökumət" portalında autentifikasiyadan keçərək "İş yerinə dair arayış" e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyatı quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir.
Nazirlikdən bildirilib ki, artıq vətəndaşın bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır.
Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa, onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.
Bu amillərin nəticəsidir ki, "İş yerinə dair arayış" e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən bu günə qədər ümumilikdə 247 min dəfə istifadə qeydə alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1194
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır