Tarix:18/02/16
"585 - Daşınan şəhər telefon nömrəsi" adlanan xidmət bir çox üstünlüklərə malikdir. Belə ki, "585-Daşınan şəhər telefon xidməti" çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də "585" indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri Naxçıvan MR istisna olmaqla şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.
Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər. Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.
Bəs bu telefon nömrələrini necə əldə etmək olar?
Əvvəlcə "585" prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Bunun üçün yaşadığınız və qeydiyyatda olduğunuz ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlisiniz. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.
Məlumat üçün bildirək ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
"Aztelekom" MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən "585" prefiksli telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında "585" prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.
Bu xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.
Həqiqət İSABALAYEVA
“585 - Daşınan şəhər telefon nömrəsi xidməti” ilə rayonlarla şəhərlər arasında limitsiz danışmaq mümkündür
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir."585 - Daşınan şəhər telefon nömrəsi" adlanan xidmət bir çox üstünlüklərə malikdir. Belə ki, "585-Daşınan şəhər telefon xidməti" çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də "585" indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri Naxçıvan MR istisna olmaqla şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.
Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər. Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.
Bəs bu telefon nömrələrini necə əldə etmək olar?
Əvvəlcə "585" prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Bunun üçün yaşadığınız və qeydiyyatda olduğunuz ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlisiniz. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.
Məlumat üçün bildirək ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
"Aztelekom" MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən "585" prefiksli telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında "585" prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.
Bu xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı