Tarix:19/02/16
Belə ki, komandanın üzvü Coşqun Kərimovun müəllifliyi ilə "KVAN" adlı kitab hazırlanıb. Nəşrin əsas məqsədi gənclərimizi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun çox məhsuldar və aktiv addımlar atmağa sövq etmək və onları cəmiyyətə maksimal xeyirli fərdə çevirməkdir.
İnformasiya-kommunikasiya sahəsində fəaliyyət göstərənlər və bu sahəyə marağı olan şəxslər üçün faydalı olacağı nəzərə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən kitabın çap olunmasına dəstək verilir.
Məlumat üçün bildirək ki, ilk 65 səhifəni www.kitabsiz.az ünvanından yükləmək olar.
Qeyd edək ki, "KVAN-a həyat ver" adı altında keçirilən onlayn kampaniya mart ayının əvvəlinə qədər davam edəcək.
Kampaniya çərşivəsində kitabın ilk hissəsini oxumuş və onu tam şəkildə əldə etmək istəyənlər əvvəlcədən sifariş yolu ilə nəşrin çap olunması üçün dəstək göstərmiş olacaq. Kitabı ödəmə terminalları vasitəsiylə ödəniş edərək əvvəlcədən sifariş etmək mümkündür.
Maraqlı məqam ondan ibarətdir ki, kitabı sirafiş edən şəxslərin və ya şirkətlərin adları kitabın "KVAN-a həyat vermişdilər" siyahısında qeyd ediləcəkdir.
Oxucuların istəyi ilə kitab 2 həftə ərzində tamamlanıb və artıq çapa hazırdır.
Kitabın "San-Fransisko" və "VitalCV" bölmələri müəllifin məhz Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərdiyi müddətdə yazılıb. Müəllif bu məkanın onun üçün yeni və məhsuldar ideyaların tədbiq olunmasında bir başlanğıc nöqtəsi olduğunu qeyd edib.
Kitab yerli oxucularla yanaşı, həmçinin Türkiyə, Rusiya, ABŞ və Avropa oxucularına da təqdim edilmək üçün tərcümə edilir.
"KVAN-a həyat ver" kampaniyası barədə daha ətraflı məlumatla facebook və twitter-də #kvanoxu "hashtag"ı vasitəsilə tanış olmaq olar.
“KVAN-a həyat ver” onlayn kampaniyası davam edir
Yüksək Texnologiyalar Parkının (YTP) Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən komandalardan biri olan "GR8CLUB" tərəfindən uğurlu bir layihə həyata keçirilir.Belə ki, komandanın üzvü Coşqun Kərimovun müəllifliyi ilə "KVAN" adlı kitab hazırlanıb. Nəşrin əsas məqsədi gənclərimizi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun çox məhsuldar və aktiv addımlar atmağa sövq etmək və onları cəmiyyətə maksimal xeyirli fərdə çevirməkdir.
İnformasiya-kommunikasiya sahəsində fəaliyyət göstərənlər və bu sahəyə marağı olan şəxslər üçün faydalı olacağı nəzərə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkı tərəfindən kitabın çap olunmasına dəstək verilir.
Yüksək Texnologiyalar Parkında Coşqun Kərimov üçün innovativ üsulla çap etme və satış işini həyata keçirmək üçün şərait yaradılıb. Parkda olan kreativ mühitdən ilhamlanaraq müəllif "KVAN" kitabının "qərarların gücü", "cəsarəti necə tapım?" və digər maraqlı mövzuları əhatə edən ilk 65 səhifəsini oxuculara ödənişsiz qaydada onlayn təqdim edib.
Qeyd edək ki, "KVAN-a həyat ver" adı altında keçirilən onlayn kampaniya mart ayının əvvəlinə qədər davam edəcək.
Kampaniya çərşivəsində kitabın ilk hissəsini oxumuş və onu tam şəkildə əldə etmək istəyənlər əvvəlcədən sifariş yolu ilə nəşrin çap olunması üçün dəstək göstərmiş olacaq. Kitabı ödəmə terminalları vasitəsiylə ödəniş edərək əvvəlcədən sifariş etmək mümkündür.
Maraqlı məqam ondan ibarətdir ki, kitabı sirafiş edən şəxslərin və ya şirkətlərin adları kitabın "KVAN-a həyat vermişdilər" siyahısında qeyd ediləcəkdir.
Oxucuların istəyi ilə kitab 2 həftə ərzində tamamlanıb və artıq çapa hazırdır.
Kitabın "San-Fransisko" və "VitalCV" bölmələri müəllifin məhz Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərdiyi müddətdə yazılıb. Müəllif bu məkanın onun üçün yeni və məhsuldar ideyaların tədbiq olunmasında bir başlanğıc nöqtəsi olduğunu qeyd edib.
Kitab yerli oxucularla yanaşı, həmçinin Türkiyə, Rusiya, ABŞ və Avropa oxucularına da təqdim edilmək üçün tərcümə edilir.
"KVAN-a həyat ver" kampaniyası barədə daha ətraflı məlumatla facebook və twitter-də #kvanoxu "hashtag"ı vasitəsilə tanış olmaq olar.
Baxış sayı: 1250
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır