12px13px15px17px
Tarix:20/02/16

“Ericsson”: “2015-ci ilin son rübündə dünyada planet əhalisinin sayı qədər mobil qoşulma qeydə alınıb”

İsveçin "Ericsson" şirkəti Ümumdünya Mobil Konqresi ("MWC") üçün xüsusi olaraq hazırlanmış "Mobility Report" hesabatının yeni buraxılışını təqdim edib.

Hesabatda şəbəkə keyfiyyətinin rabitə operatorlarının abunəçiləri və məzmun tədarükçüləri tərəfindən qavranılmasına təsirini öyrənmək diqqət mərkəzində olub. Bu iki parametr arasında qarşılıqlı əlaqəni araşdırmaq üçün smartfonlardan istifadə zamanı insanların emosional reaksiyasını obyektiv qiymətləndirməyə imkan verən neyrotexnologiyadan istifadə edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, vaxt çatışmazlığı şəraitində sayt və videoların yüklənməsində gecikmələr nəbzin 38% tezləşməsinə səbəb olur. Axınlı videonun yayımında 6 saniyəlik fasilə stressin səviyyəsinin 33% artımına gətirib çıxarır. Müqayisə üçün, riyaziyyatdan testlər və təklikdə qorxulu filmlər izləmək müvafiq stressə səbəb olur. Video izləyən zaman yaranan fasilələr, həmçinin əsəb sistemində xeyli gərginlik yaradır.

"Ericsson Mobility Report"-un hesabatında aşağıdakı maraqlı məlumatlar yer alıb:

·         Sosial şəbəkələrdə generasiya olunan trafik öz həcminə görə  videotrafikdən sonra ikincidir. Yaxın 6 ildə sosial şəbəkə istifadəçiləri tərəfindən yaradılan trafikin həcmi 12 dəfə artacaq.
 
·         2015-ci ilin son rübündə 68 milyon yeni mobil qoşulma qeydə alınıb. Bu göstəricinin artım tempinə görə Hindistan (21 milyon), Çin (6 milyon), ABŞ (5 milyon), Myanma (5 milyon) və Nigeriya (3 milyon) ilk beşlikdə qərarlaşıblar.
 
 
·         2015-ci ilin 4-cü rübündə təqribən 7.3 milyard mobil qoşulma qeydə alınıb ki, bu da dünya əhalisinin sayına bərabərdir.
 
·         1 il ərzində qlobal mobil trafikin həcmi 65% yüksəlib.
 
 
·         Dördüncü nəsil şəbəkəsində 1 milyard qoşulma qeydə alınıb.

Emil Hüseynov



Baxış sayı: 1343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 İyun 2024

16 06 2024