12px13px15px17px
Tarix:22/02/16

Ünvanlı dövlət sosial yardımın təyin olunma mexanizmi elektronlaşdırılaraq “Elektron Hökumət” portalına inteqrasiya olundu

Artıq ünvanlı dövlət sosial yardımı üçün müraciət və yardımın təyin olunması prosesi "Elektron Hökumət" portalı üzərindən daha sadə və çevik olacaq. Vətəndaşın orta aylıq gəliri, xərcləri, ümumi maddi-məişət şəraiti onun müraciətindən əvvəlki son 12 (on iki) ay üzrə 22-dən artıq dövlət qurumunun informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla ətraflı qiymətləndiriləcək.


Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada necə müraciət etməli?

www.e-gov.az portalına giriş edin;

"Qeydiyyatsız xidmətlər" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininxidmətləri sırasından "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətinə keçid edin;

* Xidməti seçdikdən sonra Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) giriş interfeysi əks olunacaqdır. Açılan pəncərədə ailəni təmsil edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsi qeyd edərək "daxil ol"düyməsini seçin;

Daha ətraflı:

Nəzərinizə çatdırırıq ki, ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət zamanı təmsilçilik barədə ərizə tələb olunur. Bu ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən  təsdiq edilir.

Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində  araşdırılır və müvafiq qərar qəbul edilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. 

Məlumat üçün bildirək ki, 23 fevral 2015-ci il tarixində ölkə başçısı tərəfindən  imzalanmış  Fərman əsasında sosial yardımın ünvanlanması prosesinin elektron təşkili üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi formalaşdırılıb.

Nazirlər Kabitenin 05 fevral 2016-cı il Qərarı ilə sosial yardımın ünvanlanması prosesinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə təşkilinin hüquqi əsası təsdiq edilib.





Baxış sayı: 1795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2018

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib

14 08 2018

14/08/18
“Google” şirkəti istifadəçiləri izləməkdə təqsirləndirilir

Google şirkəti istifadəçiləri izləməkdə təqsirli bilinir. Prinston universitetində işləyən alimlərin araşdırmasına istinadən 

14/08/18
Bankların iştirakı olmadan həyata keçirilən mobil ödənişlərin həcmi 2 dəfə yüksələcək

“Juniper Research” analitik şirkətinin araşdırmasına görə, mağazalarda məhsul və xidmətlərin ödənişi üçün mobil

14/08/18
Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq

Böyük Britaniyanın süni intellekt tədqiqatları ilə məşğul olan “Google DeepMind” şirkəti torlu qişanın şəklinə görə 50

14/08/18
Mütəxəssislər faks vasitəsilə kompüteri virusa yoluxdurmağa nail olublar

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Check Point” şirkətinin mütəxəssisləri tərəfindən çoxfunksiyalı qurğul

14/08/18
“Android” sisteminin idarəetməsi altında işləyən ən təhlükəli smartfonlar bəlli olub

“LG”, “Asus”, “Essential”, “ZTE”, “Sony” və başqa şirkətlər tərəfindən istehsal edilmiş və

14/08/18
“Parker Solar Probe” zondu Günəş atmosferini öyrənəcək

ABŞ Kosmik Agentliyi (NASA) Günəş atmosferinin tədqiqi üzrə missiya üçün “Parker Solar Probe” kosmik zondunu ik